İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

Beynəlxalq Əlaqələr

"İRƏLİ" nümayəndəsi İordaniyaya səfərdə iştirak etmişdir
22 aprel 2011
18-22 aprel tarixləri arasında Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti İordaniyada rəsmi səfərdə olmuşdur. 4 nəfərlik nümayəndə heyətinin tərkibində “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Nərmin Məmmədova da iştirak etmişdir.
Türkiyənin gənclər sektorunun fəallarından ibarət nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olmuşdur
06 aprel 2011
6 aprel 2011-ci il tarixində Türkiyənin gənclər sektorunun fəallarından ibarət nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olmuşdur.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza ilə görüş təşkil olunmuşdur
04 aprel 2011
4 Aprel 2011-ci il tarixində, saat 15:00-da “İRƏLİ” İctimai Birliyinin ofisində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza ilə görüş təşkil olunmuşdur.
Latviya səfiri “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur
10 fevral 2011
10 fevral 2011-ci il tarixində Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur. Görüş “İRƏLİ” Gənclik Mərkəzində keçirilmişdir. Latviya səfiri cənab Baumanis mərkəzlə tanış olmuş, onun fəaliyyəti ilə maraqlanmışdır.
Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamenti rəhbərinin müavini, BVF-də Azərbaycan üzrə bölmənin rəhbəri Nadim İlahi ilə görüş keçirilmişdir
09 fevral 2011
Bildiyiniz kimi, BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində rəhbərin müavini, Azərbaycan üzrə bölmənin isə rəhbəri Nadim İlahi Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin təhlil olunması ilə bağlı yüksək səviyyəli hökümət nümayəndələri, eyni zamanda Mərkəzi Bankla keçiriləcək görüşlər çərçivəsində “İRƏLİ” Gənclər Mərkəzində Azərbaycanın fəal gəncləri və media nümayəndələri ilə də görüşmüşdür.
“Criris Management İnitiative” təşkilatının nümayəndələri "İRƏLİ" İctimai Birliyinin qonağı olmuşdur
08 fevral 2011
8 fevral, 2011-ci il tarixində İRƏLİ İctimai Birliyinin Gənclik Mərkəzində Finlandiyanın “Criris Management İnitiative” təşkilatının Qara Dəniz və Mərkəzi-Asiya regionları üzrə mediasiya və proqramlar üzrə layihə proqramları meneceri Roksana Kristesku və Qara Dəniz və Mərkəzi-Asiya regionları üzrə proqramların məsləhətçisi Denis Matveev ilə İRƏLİ rəsmilərinin görüşü keçirilmişdir.
“İRƏLİ” İctimai Birliyi "Democracy for me" layihəsində iştirak etmişdir
29 yanvar 2011
“İRƏLİ” İctimai Birliyi Avropa Birliyinin, Almaniyanın Konrad Adenauer Fondunun, Təhsil Nazirliyinin və Avropa Şurasının Bakı Siyasi Biliklər Proqramının birgə ərsəyə gətirdiyi "Democracy for me" layihəsində iştirak etmişdir.
bmi və "İRƏLİ" gənclərin Londona səyahət arzusunu reallaşdırdı.
29 dekabr 2010
bmi Azerbaijan şirkəti və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mən Londonda nə tapmaq istərdim?” adlı vidomüsabiqə başa çatmışdır.
Türkiyə Respublikasının Gənclər və İdman Direktoru Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyəti “İrəli”nin idarə heyəti ilə görüşmüşdür.
24 dekabr 2010
Görüşdə “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti barədə birliyin baş katibi Rauf Mərdiyev qonaqlara ətraflı məlumat verilmişdir.
Azərbaycan Gəncləri Avropa Parlamentinə etiraz məktubu göndərdi
22 dekabr 2010
Bildiyiniz kimi, Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət olunaraq, məsələ ilə bağlı Azərbaycan tərəfinin etiraz notası qarşı tərəfə təqdim edilib.
“İRƏLİ” İctimayi Birliyi XXV Dünya Qış Universiadasında öz təşkilatı dəstəyini göstərəcəkdir
16 dekabr 2010
Universiadalar hər 2 ildən bir keçirilən və dünyanın müxtəlif ölkələrindən gənclərin qatıldığı ən böyük idman yarışmasıdır. Universiadalar Olimpiya oyunları kimi 2 hissəyə (yay və qış universiadaları) ayrılır.
Fransa və Böyük Britaniyada təhsil alan gənclərimizlə görüş keçiriləcəkdir
04 dekabr 2010
Səfərin məqsədi Fransada və Böyük Britaniyada dövlət və qeyri-dövlət proqramları ilə təhsil alan Azərbaycanlı tələbələrlə ümumi tanışlıqdır. Hesab edirik ki, xaricdə təhsil alan tələbələrimizin təhsil həyatları, onların məişət qayğılarını diqqət mərkəzində saxlamalıyıq.
Livanın Gənclər və İdman Naziri "İRƏLİ" İctimai Birliyinin qonağı olmuşdur
19 noyabr 2010
19 Noyabr 2010-cu il tarixində Livanın Gənclər və İdman Naziri Ali Husseyin Abdulla və onun başçılıq etdiyi nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşmüşdür.
Göyçay rayonunda “Bir dünya, Min millət” layihəsi həyata keçirilir.
09 noyabr 2010
– 15 Noyabr 2010-cu il tarixləri arasında “İrəli” İctimai Birliyi və “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən Göyçay rayonunda “Bir dünya, Min millət” layihəsi həyata keçiriləcəkdir.
Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu öz işinə başlamışdır
22 oktyabr 2010
Simpoziumun keçirilməsində əsas məqsəd Cənubi Qafqazın qloballaşan dünyada inteqrasiya prosesinə fəal şəkildə qoşulmasına və müasir dünyada elmin və texnologiyanın tərəqqisini bu regionda daha da sürətləndirməkdir.
“Hindistan- Gələcək” dəyişiklik kampaniyası çərçivəsində“İşığın yeganə şüası” adlı seminar keçirildi
05 oktyabr 2010
“İrəli” İctimai Birliyinin baş qərargahında Hindistanın Azərbaycandakı səfirliyinin və Hindistan-Azərbaycan Assosiasiyasının dəstəyi ilə “Hindistan- Gələcək” dəyişiklik kampaniyası çərçivəsində keçirilən “İşığın yeganə şüası” adlı seminar keçirildi. Tədbir Hindistan mədəniyyətinə və Hindistan xalqının lideri Mahatma Qandinin doğum gününə həsr olunmuşdur.
Azərbaycan Respublikası “İRƏLİ” İctimai Birliyinin ABŞ senatorları xanım Barbara Bokserə və cənab Maykl Bennete məktubu
05 oktyabr 2010
Xanim Bokser ! Sizləri salamlayır, Sizə və seçicilərinizə Tanrıdan uğurlar diləyirik. ABŞ prezidenti cənab Barak Obama tərəfindən M.Brayzanın ABŞ – ın Azərbaycana səfiri vəzifəsinə təsdiqinin Sizin etirazınıza görə təxirə salınması bütün Azərbaycan ictimaiyyətini və Azərbaycanın ən böyük gənclər təşkilatı olan “İRƏLİ” İctimai Birliyini məyus etmişdir.
Özbəkistanın nümayəndə heyəti “İRƏLİ” nin üzvləri ilə görüşmüşdür
27 sentyabr 2010
27 Sentyabr 2010-cu il tarixində ölkəmizdə səfərdə olan Özbəkistanın “Kamolot” Gənclər İctimai Hərəkatının nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin üzvləri ilə görüşmüşdür.
22-23 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumunda iştirak edəcək ekspertlərin adları açıqlandı
22 sentyabr 2010
22-23 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci illik simpoziumla bağlı hazırlıq işləri davam edir.
Ceyhun Osmanlı Qırğızıstanın Gənclər və İdman nazirini qəbul etmişdir
21 sentyabr 2010
21 Sentyabr 2010 tarixində, saat 16:00-da Qırğızıstan Respublikasının Gənclərlə iş üzrə Naziri Alimkulov Aliyasbek Tolbaşıyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur.
← əvvəlki    1  2  3    sonrakı 
Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib