İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

Xəbərlər

"WeBlog" layihəsi çərçivəsində İsmayıllı rayonunda açıq hava altında seminar keçirilmişdir
11 sentyabr 2011

11 sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə bloqqerlər üçün açıq hava altında növbəti seminar həyata keçirilmişdir.

WeBlog 1, 2 və 3 layihələrinin 30 nəfər iştirakçısının qatıldığı tədbirdə gənclər ilk öncə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkmiş və orada fəaliyyət göstərən dərnəklərlə tanış olmuş, rayon gəncləri üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışlar. Sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edən iştirakçılar İsmayıllı rayonunun tarixi barədə ətraflı məlumat almış, rayon ərazisində tapılan eksponatlarla yaxından tanış olmuşlar.

Daha sonra ekspertlər Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən “İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?” mövzusunda açıq hava altındatəlim keçilmişdir. Təlimdə informasiya müharibəsi zamanı bloqların önəmi və ondan səmərəli istifadə olunması məsələlərinə toxunulmuşdur.

Xatırladaq ki, ötən ay "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən Quba rayonunda  30 nəfər  gənc bloqqer üçün açıq hava altında seminar keçirilmişdir. Gənc bloqqerlər tədbir barədə təəsüratlarını öz bloqlarında bölüşmüşlər.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi informasiya texnologiyaları ilə bağlı fəaliyyətə çox diqqət yetirir və təşkilatın şəbəkəsinə daxil olan insanların sayı 25 min nəfərdən artıqdır.

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib