25 yanvar 2012-ci il tarixində xalq yazıçısı Çingiz Abdullayev “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olmuşdur. İlk öncə qonaq “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olmuş, Mərkəzin fəaliyyəti ilə maraqlanmışdır. Yazıçı daha sonra “İRƏLİ” Radionun efirində yayımlanan “İrəlidə” verlişinin qonağı olmuşdur. Yaxın bir saat ərzində Çingiz Abdullayev dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.O, həmçinin gəncliyində bu günə kimi fəaliyyətində olan uğurlarından, xoş xatirələrindən danışmışdır.
Veriliş müddətində Çingiz Abdullayev artıq 20 ildir yazdığı əsərlərə görə Azərbaycandan heç bir qonarar almadığını, yalnız kitablarının xaricdəki satışına görə qonarar aldığını bildirmişdir. Yazıçı nəyə görə kitablara maraq azalıb sualına: “Mənim kitablarım düşünmürəm ki, az oxunur ən azından dünyada 26 milyon kitabım var” cavab vermişdir.
O, həmçinin bu yaxınlarda işıq üzü görən kitabından danışmışdır. Sonda gənclərin radiosu olan “İRƏLİ” Radioyaya uğur arzulayan Çingiz Abdullayev dinləyicilərə və gənclərə tövsiyyə də vermişdir: “Kitab oxuyun, ən azından mənim yaşıma çatanda ömrüm yuxu kimi keçdi deyə heyfslənməyin”.
Verilişdən sonra qonaq “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyevlə görüşmüşdür.
Qeyd edək ki, Çingiz Abdullayev 10-15 fevral tarixlərində Qəbələdə keçiriləcək “Gənc Liderlər Üçün Qış Universiteti-Sığortalı Gələcək” layihəsində ekspert qismində çıxış edəcək.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |












