26 yanvar 2012-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimatı keçirilmişdir.
Tədbirdə “İRƏLİ” İctimai Birlyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Mətbuat Şurasının üzvü, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru, 525-ci qəzetin redaktor müavini Seyfəddin Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin gənclər şurasının sədri Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, “Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri Əsəd Cahangir, Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar jurnalist, millət vəkili Aqil Abbas, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, “Airmed” şirkətinin rəhbəri Zaur Nadirov, həmçinin kitabda hekayələri dərc olunmuş gənc yazarlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rəşad Məcid mərasim iştirakçılarını salamlamış, “İRƏLİ” İctimai Birliyinin kitaba olan qayğısını tədqirəlayiq hesab etdiyini, “İRƏLİ” Ədəbi Məclisinin uğurlarında, həmçinin Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlığından söz açmışdır.
Daha sonra çıxış edən Ceyhun Osmanlı layihənin ərsəyə gəlmə ideyasından, “Almanax”ın müasir Azərbaycan gəncinin ədəbi düşüncəsinin öyrənilməsi üçün yaratdığı imkanlardan, həmçinin “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə ərsəyə gələn digər nəşrlərdən danışmışdır. Ceyhun Osmanlı öz növbəsində “Almanax” layihəsinin həyata keçirilməsində öz dəstəyini göstərən “Airmed”şirkətinə və şəxsən Zaur Nadirova təşəkkürünü bildirmişdir.
Yazıçı, millət vəkili Aqil Abbas da öz növbəsində “İRƏLİ”nin bu təşəbbüsünü alqışlamış, gənc yazarlar üçün yaradılmış geniş imkanlara görə təşkilatçılara təşəkkür etmişdir.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında gənc yazarlara dəyərli tövsiyyələr vermiş, onları əziyyətə qatlaşmağa, yeniliklər etməyə çağırmış, kitablarının daha geniş oxucu kütləsi tərəfindən oxunulmasına nail olmaq üçün kitablarının dünya dillərinə tərcümə edilməsinin vacibliyini vurğulamışdır. Dünya şöhrətli yazıçı “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə nəşr olunmuş və “Almanax” layihəsinin rəhbəri Orxan Muxtarlının müəllifi olduğu “Xaç kölgəsində” əsərini bəyənərək oxuduğunu və Azərbaycanda fentezi janrında ilk dəfə yazılmış bu əsəri tədqirəlayiq hesab etdiyini söyləmişdir.
Tədbirdə həmçinin söz alan qonaqlardan Elçin Hüseynbəyli, Əsəd Cahangir, Əkbər Qoşalı layihə təşkilatçılarına təşəkkürlərini bildirmiş, gənc yazarlara uğurlar arzu etmişlər.
Sonda Orxan Muxtarlı tədbirə toplaşan və dəyərli fikirlərini paylaşan qonaqlara, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən bütün insanlara təşəkkür etmişdir.
Xatırladaq ki, “Almanax” layihəsinin rəhbəri “İRƏLİ” Ədəbi Məclisinin rəhbəri Orxan Muxtarlı, kitabın redaktoru Seyfəddin Hüseynbəyli, korrektor Cəmihə Əliyeva, dizayneri İntiqam Məhəmmədli, audio kitabın koordinatorları İlkin Seyidzadə, Səma Abiyeva, səs rejissoru Sahil Nağızadədir.
Nəşrlərdə 20-dən çox istedadlı gənc yazarın hekayələri, həmçinin filoloji təhlillər və tərcümələr yer almışdır.
Qeyd edək ki, “Almanax” kitabı ənənəvi olaraq hər il nəşr edilir, bu il isə ilk dəfə olaraq audio kitab işıq üzü görmüşdür. Bu yaxınlarda III “Almanax” kitabına yazarların qəbulu ilə bağlı elanlar veriləcək.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


























