İRƏLİ

"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsinin rəsmi açılış mərasimi keçirilib
4 fevral 2013

4 fevral tarixində “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsinin rəsmi açılış mərasimi baş tutub.

Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Millət vəkili Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müsfiq İsrəfilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iştirak ediblər.

İlk olaraq “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxış edərək layihəni açıq elan edib.  İştirakçılara uğurlar arzulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev layihənin Gəncə şəhərində keçirilməsindən məmnunluq hissini bildirib. Qeyd edib ki, Cənab Prezidentin gənclərə olan qayğısı böyükdür və gənclər üçün yaradılan imkanlar getdikcə artır və gənclər də bu imkanlardan yararlanaraq aktivlik nümayiş etdirirlər.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bu ilin İnformasiya və Kommunikasiya ili elan olunmasını, elm, təhsil, texnologiyanın inkişafının önəmliyini qeyd edib, iştirakçılara uğurlar arzu edib və layihəni müsbət qiymətləndirib.

Millət vəkili Ceyhun Osmanlı layihənin gənclərin gələcək karyeralarında önəmli yer tutacağını vurğulayıb və qeyd edib ki, əgər bir ölkənin gənci sağlamdırsa, uğur, inkişaf, etimad, tərəqqi, bilik içindədirsə bu ölkə sarsıla bilməz. Ceyhun Osmanlı çıxışında insan kapitalının önəmliliyini də ön plana çəkib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müsfiq İsrəfilov,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov da çıxışlarında gənclərə uğurlar arzu edib və layihənin gənclərin inkişafına müsbət töhfə verəcəyini bildiriblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qeyd edib ki, Azərbaycan gənci güclü olduqca dövlət də güclənəcək. Həmçinin Elman Abdullayev dövlətin inkişafında gənclərin rolundan, bacarıqlarından və Azərbaycan gəncliyinin üstünlüyündən söhbət açıb.

Qeyd edək ki, 8 fevral tarixinə qədər davam edəcək layihə müddətində 5 komanda (Etimad, Uğur, Birlik, İnkişaf və Tərəqqi) qalibiyyət uğrunda yarışacaq.

printerçap versiyası

“İRƏLİ”-də nə edə bilərsən?




Günün fotosu
#etimadwu #ireli #ireliwu #inkisafwu #birlikwu #tereqqiwu #ilhamlaireli #ugurwu