|
|
“Gənc Liderlər Üçün Qış Universiteti”
2-10 Fevral 2010 |
![]() |
Azərbaycanın uğurlu gələcəyə gedən yolunda gənclərin rolu mühümdür. Əbəs yerə deyil ki dövlətimizin əhalinin sırf bu təbəqəsinə yönəlmiş “Gənclər Siyasəti” mövcuddur və ölkə rəhbərliyi Azərbaycanın parlaq gələcəyini ziyalı, azad fikirli və intellektual gənclərdə görür. Aydındır ki məhz savadlı və bacarıqlı gənclər gələcəkdə müxtəlif sahələrdə rəhbər vəzifələri tutacaqlar və onların fəaliyyətindən ölkənin sonrakı müqəddəratı həll olunacaq. Ölkəmizdə liderlik potensialı olan gənclər çoxdur. Onlar indidən müxtəlif özəl və dövlət qurumlarında mühüm vəzifələri icra edir, aktiv qeyri-hökumət təşkilatlarına başçılıq edir və ya öz parlaq karyeraları ilə ətrafdakılara nümunə olurlar.
Təbii ki belə gənclər hər zaman öyrənməyə və öz bilik və bacarıqlarını artırmağa hazır olurlar. Başqa bir yandan keyfiyyətli təhsil və təlimlər onların daha da uğurlu olmasına çox böyük kömək olur. Xüsusilə vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və qurumların təklif etdiyi alternativ təhsil metodları gənclərin böyük marağına səbəb olur və bu təşkilatlar çox vaxt qısa bir müddətdə hətta böyük təhsil müəssisələrinin gerçəkləşdirmədiyi təhsil layihələrini həyata keçirməyə nail olurlar. Belə tədbirləri təşkil edilməsi ilə həmçinin gənclərin asudə vaxtı düzgün dəyərləndirilir. Onlar həm istirahət edir həmçinin də boş vaxtlarını faydalı şəkildə keçirərək yeni biliklər əldə edirlər.
“İrəli” İctimai Birliyi olaraq biz gənclərin asudə vaxtlarının faydalı olması və onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif layihələr həyata keçiririk. Təşkilatımızın bu sahədə kifayət qədər təcrübəsi var və biz artıq “Gənc Liderlər Üçün Yay Universiteti” layihəsini böyük uğurla həyata keçirtmişik. Həmən layihənin böyük uğurunu nəzərə alaraq “İrəli” İctimai Birliyi bu fəaliyyəti ənənəyə çevirmək və “Gənc Liderlər üçün Qış Universiteti” təşkil etmək qərarına gəlmişdir. Düşərgə Azərbaycanın səfalı guşələrindən olan Oğuz rayonunda 5 ulduzlu “Afra” Oteldə təşkil olunacaq. 7 gün müddətində davam edəcək və 100 nəfəri özündə birləşdirəcək bu düşərgədə əvvəlki düşərgədəki fəaliyyətlər daha da ətraflı və effektiv şəkildə həyata keçiriləcək. Əsasən natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimləri özündə birləşdirəcək qış universiteti həmçinin bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətləri də qonaq edəcək.
Layihədə iştirak etmək istəyən namizədlər 15 Yanvar 2010 tarixinə qədər tamamlanmış ərizə formalarını ireli@ireli.az ünvanına göndərməlidirlər.
Qış universitetinin keçiriləcəyi məkan barədə ətraflı məlumat üçün:
“Gənc Liderlər üçün Yay universiteti” barədə ətraflı məlumat üçün:
http://ireli.az/projects/20090905095054288.html
http://ireli.az/irelitv/20090917090020307.html
Qeyd: “Gənc Liderlər üçün Yay Universiteti” nin iştirakçıları bu layihədə iştirak edə bilməzlər.





