IRELI Public Union
LanguagesEnAz

Announcements

"İrəli İctimai Birliyi Hüquq Mərkəzi" ndə 13 fevral 2010-cu il saat 15:00-da “ İnsan Haqlarının Məhkəmə Müdafiəsi “ mövzusunda görüş keçiriləcəkdir
9 february 2010
"İrəli İctimai Birliyi Hüquq Mərkəzi" ndə 13 fevral 2010-cu il saat 15:00-da  “ İnsan Haqlarının Məhkəmə Müdafiəsi “ mövzusunda görüş keçiriləcəkdir.
"İrəli Hüquq Mərkəzi" gənc hüquqşünaslarlaAzərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai – siyasi xadimlərinin görüşlərinin təşkilini davam etdirir.
 
Bu silsilədən növbəti görüş tanınmış hüquqşünas, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – hökumət təşkiltlarına dövlət dəstəyi şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası qeyri – hökumət təşkilatının icraiyyə komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatoru, Azərbaycan Hüquqşünaslar Konfederasiyası idarə heyətinin üzvü Sahib Məmmədovla keçiriləcək.
 
Görüşdə  əsasən “ İnsan Haqlarının Məhkəmə Müdafiəsi “ mövzusu müzakirə olunacaq. Bununla yanaşı, ekspert Azərbaycanda həyata keçirilməkdə olan Məhkəmə - hüquq islahatının mahiyyətini, müxtəlif məhkəmə istansiyalarına müraciət qaydaları ilə bağlı öz fikirlərini gənc hüquqşünaslarla bölüşəcək.

Görüşdə iştirak etmək istəyənlər aşağıda qeyd olunan e-poçt ünvanına ad, soyad, təhsil aldığı müəssisə və ixtisas, əlaqə vasitələrini göndərərək qeydiyyatdan keçməlidirlər.
 
Ünvan: Bakı şəhəri, İçərişəhər, Kiçik qala küç 128/M3. (Qoşaqala qapılarının yanı)
Tel: (012) 492-37-21
E-mail: Law_center@ireli.az
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib