IRELI Public Union
LanguagesEnAz

Announcements

“İRƏLİ” 20 Fevral 2010 tarixində Kiyevdə Ukraynanın gənclər təşkilatı ilə birgə Xocalı konfransına start verir
19 february 2010
Azərbaycanın “İRƏLİ” İctimai Birliyi və Kiyevin “Молодежный Европейский Рух” şəhər təşkilatı 20 Fevral 2010 tarixində “Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan” mövzusuna həsr olunmuş görüş keçirəcək. Görüşdə qeyd olunan məsələlər qaldırılacaqdır: Dağlıq Qarabağ Konflikti (1987-1994), Azərbaycanda, Ukraynada və digər ölkələrdə təhlükəsizlik sistemi. Tədbir çərçivəsində 1992-ci il Xocalı faciəsinə həsr olunmuş filmin təqdimatı keçiriləcəkdir.
Bu aksiya “İRƏLİ” İctimai Birliyinin Xocalı faciəsi ilə əlaqədar olaraq Avropanın 8 ölkəsində keçirilən tədbirlər silsiləsinə aiddir.
Ukrayna ilə yanaşı Fransada, Böyük Britaniyada, Almaniyada, Hollandiyada, Litvada, Latviyada və digər ölkələrdə də kütləvi aksiyalar və konfranslar keçiriləcəkdir.
Görüşə yüksək rütbəli məmurlar, tarixçilər, politoloqlar, jurnalistlər, ictimai aktiv gənclər dəvətlidirlər.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş kitablar, disklər və digər materiallar paylanacaqdır.
 
Tədbir bu ünvanda keçiriləcəkdir: Ukrayna, Kiyev şəhəri, Институтская küç 4, «Украина» mehmanxanası, konfrans zalı.
Tədbir saat 18:00-dan 20:00-a qədər davam edəcəkdir.
Əvvəlcədən qeydiyyat üçün euroruh@ukr.net elektron ünvanına müraciət edə bilərsiniz.
Əlavə məlumat üçün və eləcə də tədbirdə çıxış etmək üçün bu telefon nömrələrinə müraciət edin:
068-145-37-01Roman, 097-394-32-15 Aleksandra.
 
Müxbirlərin qeydiyyatı: 063-436-38-62 Svetlana
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib