IRELI Public Union
LanguagesEnAz

Announcements

"İRƏLİ" İctimai Birliyi Hüquq Mərkəzi "Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri" mövzusunda növbəti görüşünü təşkil edəcəkdir
21 february 2010
“İRƏLİ“ İctimai Birliyinin Hüquq Mərkəzi 27 fevral 2010-cu il saat 15:00-da “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“ mövzusunda növbəti görüşünü təşkil edəcəkdir.
Görüşdə ekspert Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Nəzarət Komitəsinin üzvü, hüquq elmləri namizədi, hüquq müdafiəçisi Çingiz Qənizadə olacaq.
Görüşdə “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“ mövzusu müzakirə olunacaq. Bununla yanaşı, Respublikada kriminogen durumun təhlili, şəxsin özünün və başqalarının həyat və sağlamlığını, əmlakını cinayətkar qəsdlərdən qoruma haqları, cinayətkarlıqla mübarizənin digər vasitələri, cəzaçəkmə müəssisələrinin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.
 
Görüşdə iştirak etmək istəyənlər aşağıda qeyd olunan e-poçt ünvanına ad, soyad, təhsil aldığı müəssisə və ixtisas, əlaqə vasitələrini göndərərək qeydiyyatdan keçməlidirlər.
 
 
Ünvan: Bakı şəhəri, İçərişəhər, Kiçik qala küç 128/M3. (Qoşaqala qapılarının yanı)
Tel: (012) 492-37-21
E-mail: Law_center@ireli.az
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib