Köşə yazıları

Məcid Musayev: Xocalı faciəsini unutmuruq Mən qarlı – boranlı bir fevral günündə anadan olmuşam. Bu vaxt artıq “20 Yanvar” faciəsi baş vermişdi. Xalqımız, dərin hüzn içində idi. Hamı elə bilirdi ki, daha çətin günlər geridə qalacaq, azadlıq uğrunda mübarizəmiz öz müsbət sonluğuna çatacaq. Sən demə, qabaqda bizi daha amansız bir faciə gözləyirmiş. Elə bir faciə ki, hələ yer üzündə buna bənzəyəni olmamışdır.
27 Fevral 2010
Rəşad Cavadov: "Sərbəst toplaşmaq azadlığı" İkinci Dünya müharibəsindən sonra insan hüquqları beynəlxalq səciyyə almış və bilavasitə dövlətlərin müvafiq öhdəlikləri kimi beynəlxalq aktlarda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, mövcud beynəlxalq müqavilələr bilavasitə insanlara hüquq və ya azadlıq vermir.
11 Fevral 2010
Məcid Musayev: "İkili standartlar" İkili Standartlar, müasir həyatımızda hər birimizə tanış olan sözdür. Bu anlayışa bir çox göstəriciləri (amilləri) aid etmək olar. Bunlar əsasən siyasət amillər, müxtəlif münasibətlər (dostluq, tərəfdaşlıq, sevgi) iqtisadiyyat və s. Bunların hər biri haqqda ayrı – ayrılıqda danışacam.
12 Yanvar 2010
Günel Rüstəmli: "Hüquqlarımızı uşaqdan öyrənək!" Uşaqlar çox maraqlı varlıqlardır, eyni zamanda həssas və sözün düzünü deyən. Amma və lakin dünyaya gələn bu balaca varlıqların düz sözlərinə inanmaq və hər hansı bir addımı atarkən müstəqil qərar verə bilmə hüququna malik olmaq üçün bir sıra ölkələr məhs1948-ci ildə uşağın xüsusi hüquqa malik olması fikrini İnsan hüquqları adlı bəyənnamədə təsbit etdilər.
04 Yanvar 2010
Məcid Musajev: "İRƏLİ" - Yeni 1 il Bir İRƏLİ fəalı olaraq, sizinlə İrəli haqqda təsuratlarımı bölüşmək istəyirəm. İlk olaraq Ceyhun müəllimin sözlərinə qoşularaq məndə, öz adımdan bütün İRƏLİçiləri təbrik edirəm. Artıq biz, İctimai Birlik olaraq 1 il fəaliyyət göstəririk. Bu az müddət ərzində biz bir çox uğurlara imza atdıq. Ceyhun müəllim demişkən, qazandığımız uğurlarda hər birimizin əməyi var.
27 Dekabr 2009
Roman Qaraşov: "Qeyri-hökumət təşkilatlarının insan hüquq və azadlıqlarının qorunmasında rolu" Hər gün ictimai sektorda fəaliyyət göstərən assosiyasiya, komitə, ictimai birlik, liqa, mərkəz, fond, cəmiyyət, institut, konfederasiya anlayışlarına rast gəlirik. Lakin mahiyyət etibarı ilə onların təşkil edilməsində və fəaliyyətində hüquqi cəhətdən elə bir ciddi fərq yoxdur, hər biri qeyri-hökumət təşkilatlarıdır. Yalnız respublikamızda üç mindən artıq bu cür təşkilatlar fəaliyyət göstərməkdədir.
22 Noyabr 2009
Orxan Muxtarlı: "Şüşadan gələn səslər" Mən bilən 1905-ci ildə Şuşa qırğınına həsr olunmuş bu məqalədən gətirdiyim sitatlar kifayət elədi ki, o dövrdə baş verən faciənin dəhşətini duya biləsiniz. Bəzi erməni faşistləri deyirlər ki, türklər bizi 1915-də qırdıqlarına görə, 1918-də intiqamımızı almışıq. Yaxşı onların bu sözü deməyə haqları çatır, amma görək bizim 1905-ci illə bağlı bir anım tariximiz varmı?!
15 Noyabr 2009
Cahangir Cahangirli: "Gənc Liderlər üçün Yay Universitetindən" təəssüratlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatının Milli Şurasının birgə təşkil etdikləri Gənc liderlər üçün Qazax Yay Universitetinin bitməsindən artıq bir neçə gün keçir. Buna baxmayaraq, bu barədə hələ də KİV-də, ictimaiyyətdə, internet forumlarda və digər yerlərdə müzakirələr olunur. Bəs, görəsən bu Yay Universitetini bu qədər maraqlı olmasının və gündəmdə qalmasının səbəbi nədir?! Bu sualı cavablandırmaq üçün ilk növbədə Yay Universiteti günlərində göstərilən fəaliyyətlə yaxından tanış olmaq lazımdır.
20 Oktyabr 2009
Ramiz Məmmədli: "Konstruktiv düşüncə tərzi" Cəmiyyətdə gedən prosesləri izlədikdə bir çox maraqlı məqamlara rast gəlmək olur. Bunlardan biri müsbət və ya konstruktiv düşüncə tərzinin öz layiqli yerini tapmamasıdır. Yıxmağın tikməkdən daha asan olduğu aydındır. Tənqid və hətta bəzən təhqirlə yoğrulmuş düşüncələr, yazılar və məqalələrin yazılması da müsbət düşüncə tərzində olanlardan daha asandır. Asan olanı edən çoxdur. Təzad ondadır ki, çətin olanı eləmək cəhdləri çox azdır və ümumiyyətlə yaradıcı düşüncə tərzində işlərə maraq və qiymət də kifayət qədər yüksək deyildir.
20 Sentyabr 2009
Ceyhun Osmanlı: "1 ildə 50 000 insan - bu çətindir, amma mümkündür" Bildirmək istəyirəm ki, biz Azərbaycanın bütün regionlarını əhatə edəcək “İnformasiya Texnologiyaları Akademiyası” layihəsini həyata keçirərək 1 ildə 50 000 insanı kompüter və internetdən istifadəsiyə təşviq edəcəyik. Biz bu layihə ilə regionlarda yaşayan insanlarımızı İnformasiya Cəmiyyətinə qovuşduracaq, onları lokal məkandan çıxararaq dünya ilə inteqrasiyasına imkan yaratmağa çalışacağıq. 1 ildə 50 000 insan - bu çətindir – ama mümkündür.
16 Sentyabr 2009
Ireli facebook  
© 2009 Ireli.az    |    Bizimlə Əlaqə Programming by WEBB Design by Jeykhun Imanov Studio