İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

İRƏLİ

Məcid Musajev: "İRƏLİ" - Yeni 1 il
27 dekabr 2009

Əziz İRƏLİçilər, mən Musayev Məcid.

Bir İRƏLİ fəalı olaraq, sizinlə İrəli haqqda təsuratlarımı bölüşmək istəyirəm.
İlk olaraq Ceyhun müəllimin sözlərinə qoşularaq məndə, öz adımdan bütün İRƏLİçiləri təbrik edirəm. Artıq biz, İctimai Birlik olaraq 1 il fəaliyyət göstəririk. Bu az müddət ərzində biz bir çox uğurlara imza atdıq. Ceyhun müəllim demişkən, qazandığımız uğurlarda hər birimizin əməyi var. Hər birimiz bizə həvalə olan işə məsuliyyətlə yanaşırdıq və nəticədə belə uğurlar əldə etdik.


Siz bir anlıq fikirləşin, İRƏLİ mövcud olan gündən bütün regionları əhatə edən layihələr keçirdir. Bunun nəticəsi kimi hər bir bölgədən savadlı və prekpektivli gənclər üzə çıxır. Bu o gənclərdir ki, bir müddət sonra İRƏLİni, daha sonra isə ölkəni hardasa xaricdə təmsil edə biləcək. Mənim özümü bir şəxsiyyət kimi formalaşmamda İRƏLİnin böyük rolu oldu.

Hər bir gənc bu dünyada özünün yolunu və yerini tapmaq istəyir. Hər birimizin böyük planları olmuşdur. Amma əfsuslar olsun ki, bir çoxumuzun arzuları və istəkləri elə plan olaraq qalır. Lakin mən də bu belə olmadı, tam əksinə İRƏLİ mənə bütün planlarımı reallaşdırmağa imkan verdi. Təşkilatda olduğum müddət ərzində mən bir çox layihələrdə iştirak etdim və nəhayət ki, öz yerimi tapa bildim. Mən anladım ki, dövlətimə, mənim kimi gənclərə maarifləndirmə sahəsində dəstək göstərə bilərəm. Çünki hər – birimiz unikalıq, təkrarolunmazıq. İRƏLİ isə bütün bu unikallıqları özündə cəmləşdirən bir qurumdur. Qırağdan İRƏLİ mənə bir bank kimi görünür. Bu bankda Azərbaycanın oğul və qızlarının bütün biliklər və bacarıqları toplanır. Siz hər – hansısa bir Beynalxalq Layihəni müşaət etsəz, görərsiz ki, layihənin iştirakçılarının bir hissəsi İRƏLİçilərdir. İRƏLİ bizi yığır və başa salır ki, əziz gənclər bax bu və ya digər fəaliyyət imkanları var, sizdə iştirak edin, görün, bilin və sabah artıq özünüz qərar verə biləcəksiz harda və nə cür fəaliyyət istiqamətini seçəsiz.

Biz ölkəyə dəstək oluruq. Kimsə bunu başqa cür görürsə o öz işidir. Biz işmiz ilə tanınırıq. “Adımız məqsədimizdir” deyə həmişə hər bir işdə 1-ci olmağa üstünülük veririk. Artıq təşkilat daxili bizim öz Hüquqşünaslarımız, sənətşünaslarımız, dilçilərimiz, tarixçilərimiz, musiqiçilərimiz, tərcüməçilərimiz var. Bilikli gəncləri ətrafında toplayan İRƏLİ, çox böyük bir imkanlar yaradır. Ən geniş və uzunmüddətli layihələr bizə məxsusdur. IT Akademiyası layihəsi çərçivəsində İRƏLİ, Respublika üzrə 50.000 min insanı əhatə edə bildi. Ceyhun müəllim dedi: “Bu çətindir, amma mümkündür” gördüyünüz kimi, nəticədə də bu layihə reallaşdı. Gənc Liderlər üçün Yay Universiteti təşkil olundu. Layihənin elə ilk günlərindən bəlli oldu ki, bu çox böyük və əhəmiyyətli bir addımdır. Ən azından Respublikanın bütün universitetlərini əhatə edən bu layihədə iştirak etmək mənim üçün bir şərəf idi. Bu kimi layihələrdə, tədbirlərdə iştirak etməklə hər birimiz çoxlu sayda dost qazandıq, müəyən məsələlər üzrə fikir mübadiləsi apardıq. Bu bir daha sübut etdi ki, bizim kreotivliyimiz və müasir düşüncə tərzimiz öz yerindədir. Eyni zamanda biz xarici ölkələrin səfirləri, millət vəkilləri, müxtəlif qurum rəhbərləri ilə həmsöhbət oluruq. Bu kimi görüşlər və diskussiyalarda iştirak etmək bala bir göstərici deyil. Bizim ofisin qapıları hər biriniz üçün açıqdır. Gəlin və özünüzü sübut edin. Qoy bütün dünya sizi, bizi, hamımızı tanısın. Qoy bilsinlər ki, Azərbaycan gənci heç bir baxımdan geridə deyil.

Mən sıradan bir gəncəm. Şəhərdə görsəz xüsusi diqqət cəlb etmirəm. Sadəcə mənim bir fərqim var, mən İRƏLİçi gəncəm ! Bunun qürurla deyirəm ! Biz hər dəfə öz sözümüzü işimiz ilə sübut edirik. Artıq 1 yaşımız tamam oldu, amma bu ancaq bir başlanğıcdır. Gələcəkdə yeni layihələr, yeni tədbirlər və uğurlar bizi gözləyir. Mən özüm üçün seçimimi etdim, bəs siz ? . . .

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib