Məcid Musayev: "İkili standartlar"
12 yanvar 2010
İkili Standartlar, müasir həyatımızda hər birimizə tanış olan sözdür. Bu anlayışa bir çox göstəriciləri (amilləri) aid etmək olar. Bunlar əsasən siyasət amillər, müxtəlif münasibətlər (dostluq, tərəfdaşlıq, sevgi) iqtisadiyyat və s. Bunların hər biri haqqda ayrı – ayrılıqda danışacam.
İlk olaraq bu anlayışın məğzinə baxaq. İkili standartlar nədir? Bəlkə siyasətdə, fəlsəfədə bu anlayışın geniş açıqlaması var, amma mən bunu daha kiçik və sadə formada izah etməyə çalışacam.
Fikir verin, məqaləmin əvvəlində qeyd etdim ki, ikili standartlar anlayışını bir çox amillərə aid etmək olar. Elə bu baxımdan, gəlin ilk olaraq münasibət anlayışında bu amilin rolu ilə yaxından tanış olaq.
Qədim zamanlardan bəri dostluq, tərəfdaşlıq və s bu kimi amillərin əsasını ikili standartlar təşkil edirdi. Məncə 21 – ci əsrin özüdə belə bu məqam elə də dəyişməyib. El arasında demişkən “Dünya əvəz - əvəz dünyasıdır” İndiki zamanda da, adi münasibətə (əvəzsiz münasibətə) rast gəlmək olduqca çətindir. Qarşılıqlı faydalı dostluq artıq normal haldır. İki və ya daha artıq insan arasında olan dostluq və ya digər hər hansısa münasibət, getdikcə səmimiyyətdən uzaqlaşır. Bu situasiyanı yaradan isə elə biz özümüzük. Artıq insanlar səmimiyyətə inanmırlar və nəticədə qarşılıqlı nailiyyətlərə görə dostluq və ya digər münasibətləri qururlar. Hər bir dövrün özünün tələbi var, elə 21 – ci əsr də istisna deyil.
Bütün dövürləri əhatə edən bir amil də var. Bu amili inkişaf tempi adlandırmaq olar. Hər bir ölkə və hər bir insan daim inkişafda olmaq istəyir. Məncə, inkişafın sonu yoxdur. Elə buna görədə istənilən cəmiyyət daima dəyişir, yenilənir. Bax burda isə bir maraqlı və vacib məqam üzə çıxır, insan bioloji varlıq olmaqla bərabər həm də, ictimai varlıqdır. İctimaiyytdən də geridə qalmaq olmaz. Geri qalmamaq üçün daima yenilənmək lazımdır. Bu baxımdan yeni əlaqələr, tanışlıqlar və dostuqlar çox mühümdür. Bu zaman isə ikili standartlar yaranır. Sən, mən və digər hər hansısa bir insan, qarşısındakı on nəfərdən yalnız beşi ilə dostluq edəcək. Bu o beşlikdir ki, onların hesabına irəliləyən zamanda nəisə əldə edə biləcəksən. Qarşılıqlı fayda alacaqsan. Bu məqamı şərti olaraq “Qarşılıqlı fayda əmsalı adlandıraq”.
Bu məqam elə siyasətin əsaslarından biridir. İki ölkə arasında olan dostluq adi bir şey deyil. Ölkələrarası münasibətlərdə adı çəkilən qarşılıqlı fayda əmsalı olmasa heç bir münasibət qurulmaz. Siz dünya ölkələrinin yaratdıqları Beynəlxalq təşkilatlara fikir verin. Avropa qitəsi öz ölkələrini və xarici ölkələri əhatə edən təşkilatlar yaradıb. Eyni zamanda Cənubi Amerika qitəsində olan ölkələr özləri arasında əməkdaşlıq təşkilatları yaradırlar. Eyni addımı Ərəb ölkələri də atır. Bütün dünya ölkələri bir – birindən nəsə umur. Avropa bir çox hallarda Ərəb ölkələrinin neftinə möhtacdır. Ərəb ölkələri isə Avropa inkişafına tam olaraq çata bilmirlər Bura texniki tərəqqi və s amilləri aid etmək olar.
Avropanın inkişaf etmiş ölkələri hər il Afrika qitəsində səfalət içində olan ölkələrə milyonlarla dollar maliyyə vəsaiti ayırırlar. Bu sadəcə kömək əli deyil, bu yaxşı düşünülmüş bir siyasətdir. Maliyyə vəsaiti ayırmaqla Avropa ölkələri rəsmi olmasa da səfalət içində olan ölkələri öz əllərinə keçirirlər. Yəqin bilirisiniz ki, Afrika qitəsində yerləşən ölkələrin təbii sərvətləri Avropa ölkələrinin sərvətlərindən daha çoxdur, amma Afrika ölkələrində ümumi inkişafı yoxdur. Texnika çatışmazlığı, aşağı təhsil səviyyəsi, aclıq, müharibə və s amillər Afrika ölkələrinin inkişafına mənfi təsir göstərir. Amma qəbul etmək lazımdır ki, əgər Avropa Afrikaya maliyyə və digər yardımlar göstərməsə dünya xəritəsindən onlarla ölkə itə bilər. Siz bu məqamı necə qəbul edirsiz? Necə görürsüz? Sizcə Avropa bu addımı insaniyyət baxımından atır yoxsa, ikili standartlara əsaslanır? Mən şəxsən bu addımda ikili standartları görürəm.
İnkişaf etmiş ölkələrin siyasətini, bir şirkətdəki iş sturkturu kimi ifadə etmək olar. Adi bir misal. Şirkətə yeni işçi gəldikdə onu əsas işin gedişatı ilə tanış edilər. Təsəvvür edin ki, şirkət rolunu Beynəlxaq təşkilat oynayır, yeni işçi isə təşkilata namizəd olan yeni ölkədir. Heç bir şirkət hər gələn – gedəni işə götürmür. Bu məqamdan inkişaf etmiş ölkələr də yaxşıca istifadə edirlər. Burda isə yenə, ikili standartlar yaranır.
Siz fikir versəz, bütün danışıqlar, səsvermələr zamanı qonuş ölkələr bir – birilərinə dəstək olurlar. Kimsə bunu qonşuluq siyasəti adlandıra bilər. Mən bu fikir ilə razılaşıcam, amma qonşuluq siyasəti medalının ikinci bir tərəfi də var ki, bu da ikili satndartlardır. Çexiya Respublikası çox məsələlərdə Almaniya Federasiyasını dəstəkləyir. Mən bunu belə görürəm, Çexiya Respublikası anlayır ki, onun vəziyyəti hər bir halda Almaniya Federasiyası qədər yaxşı deyil, ona görə Almaniyanı dəstəkləyir ki, sabahsı gün Almaniyadan özünə dəstək görsün. Balkan yarmadasında yerləşən ölkələr tarixən bir – biriləri ilə müharibələr aparıblar, ərzi bölüblər, lakin o zamandan indiyə qədər bu ölkələr hər məqamda bir – birilərinə dəstək olurlar. Baxmayaraq ki, dəstək tələb edən mövzu böyük əmhəmiyyət kəsb etmir. Rusiya Federasiyası ikili standartlara əsaslanaraq sərhəd qonşuları olan ölkələrə problemlər yaradır. Ukrayna, Belarus, Polşa, Gürcüstan və s ölkələr Rusiyaya görə çox çətinliklər çəkirlər. Amma bu Rusiya siyasətinin uzaqgörənliyidir. Rusiya qardaş dediyi Ukraynaya hakimiyyət problemləri yaşatdırır, qardaş dediyi Belarusa iqtisadi embarqo tətbiq edir. Bu kimi məsələləri araşıdırsaq, çox maraqlı siyasi fəndlər üzə çıxacaq . . .
Bu məqamı Azərbaycan və Türkiyə münasibətlərinə də aid etmək olar. Türkiyə bir çox hallarda bizdən dəstək alır. İstər siyasət arenası və ya iqtisadi arena. Biz də Türkiyədən eyni məqamlarda dəstək alırıq. Bu baxımdan bir müddət öncə Türkiyədən Ermənistanla sərhədlərin aşılması xəbəri ilə bağlı yaşanan həyəcanların mənası nə idi? Qardaş dediyimiz ölkə, niyə bizə qarşı belə addım atır. Hələ yaxşı iki ölkəmizin rəsmiləri bu məsələyə aydınlıq gətirdilər. Türkiyə tərəfi rəsmi olaraq bildir ki, Ermənistanla sərhədlərin açılması haqqda söz belə ola bilməz, amma ötən hər bir gündə bu mövzu ilə bağlı yeni xəbərlər yaranır və yayılır. Mən bu addımda Türkiyə tərəfidən ikili standart görürəm. Türkiyə Avropaya çox güclü inteqrasiya edir və bu halda sadə dildə desək Türkiyə üzü açıq şəkildə Avropaya qoşulmaq istəyir. Lakin Ermənistan məsələsi buna imkan vermir. Baş vermiş hadisələr sübut edir ki, Türkiyə istəsə asanlıqla sərhədləri aça bilər. Sadəcə vaxt lazımdır. Onun hal – hazırda bu etməməsinin səbəbini deyə bilmərəm. Bəlkə ölkələrimiz arasında olan dostluq münasibəti ikili standartlardan daha üstündür ?
Hər nəisə! Nə cür münasibət qurursuzsa, onu qarşılıqlı fayda əmsalına görə qurmayın. Dost tərəfinizdən heç bir şey ummayın. Çünki insaniyyət hər bir faydadan, gəlirdən üstündür. İnsani simanizi heç bir şeyə dəyişməyin. Adi insan olmaq çox çətindir. İkili standartlara əl atmaqla siz uğur əldə edə bilərsiz, amma hörmətinizi itirəcəksiniz. Məncə insana seçim üçün bu məqam kifayətedicidir.




