Beynəlxalq Əlaqələr

“İRƏLİ” İctimai Birliyi və mərkəzi ofisi Kosta-Rikada yerləşən dünya miqyaslı “Earth Charter İnternational” təşkilatı arasında“Qoşulma haqqında razılıq” protokolu imzalanıb “İRƏLİ” İctimai Birliyinin beynəlxalq əlaqələri sürətlə genişlənməkdə davam edir.
12 Fevral 2010
“İrəli” İctimai Birliyi ilə Küveyt Dövlətinin “LoYAC” təşkilatı arasında protokol imzalanmışdır Bu yaxınlarda “İrəli” İctimai Birliyinin ofisində “İrəli” İctimai Birliyi ilə Küveyt Dövlətinin aparıcı təşkilatı olan “LoYAC” təşkilatı arasında qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə niyyət protokolu imzalanmışdır.
11 Fevral 2010
İran İslam Respublikasının Milli Gənclər Təşkilatının nümayəndələri "İRƏLİ" İctimai Birliyinin qonağı olmuşdur Bu gün "İRƏLİ" İctimai Birliyinin mərkəzi gərərgahında İran İslam Respublikasının Milli Gənclər Təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə "İRƏLİ" nin aktiv üzvləri və İdarə heyətinin üzvləri iştirak etmişlər.
26 Yanvar 2010
“İRƏLİ” İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri arasında görüş keçirilmişdir 22 Oktyabr 2009–cu il tarixində “İRƏLİ” İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri arasında görüş keçirilmişdir.
22 Oktyabr 2009
Avropanın 15 ölkəsindən gənclər “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur Bildiyiniz kimi, Avropa Komissiyasının “Youth in action” “Gənclər fəaliyyətdə” proqramı qeyri-formal təhsili dəstəkləyən, 13-30 yaş qrupları arasında gənclərə Avropa quruculuğunda fəal iştirak etməyi təklif edən layihələrdən biridir.
21 Oktyabr 2009
Qazaxstandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur 11 Sentyabr 2009-cu il tarixində Qazaxstan Respublikasının Təhsil və Elm Nazirliyinin nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşlar.
11 Sentyabr 2009
Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycandakı nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur 9 Sentyabr 2009-cu il tarixində Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Ceyk Cons və Beynəlxalq Respublikaçılar İnstitutunun Qafqaz bürosunun rəhbəri Presston Lindler “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşlar.
09 Sentyabr 2009
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Siyasi Məsələlər üzrə Müşaviri Coanna Qanson “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur 2 Sentyabr 2009-cu il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Siyasi Məsələlər üzrə Müşaviri Coanna Qanson “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur.
02 Sentyabr 2009
Səfir Mark Qrossman “İRƏLİ”çilərin iftar yeməyinə qatılmışdır “İRƏLİ” İctimai Birliyi təmsilçiləri Ramazan ayının 2-ci günü Səfir Mark Qrossmanı (ətraflı aşağıda) iftar süfrəsinə dəvət etmişdir.
24 Avqust 2009
Cənubi Koreya Respublikasından gələn gənclərdən ibarət nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir Qonaqlar sırasında Koreya Sağlamlıq, Rifah və Ailə məsələləri Nazirliyinin əməkdaşı Lee Eun Ji , tələbələrdən Hui Jeong Lee, JunSeok Park, Ellim Hwang, Myungji Lee, Sado Oh, Jeong Hui An, Hyoju Lim, Soo Min Lee, Sodam Lee təmsil olunmuşdur.
19 Avqust 2009
Lənkəranda “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi”nə start verilmişdir Layihə çərçivəsində 40 nəfər gənc lider üçün komanda işinin təşkili məşğələləri, praktik və kreativ oyunlar, interaktiv seminarlar, mədəniyyətlərarası dialoq mövzusunda mühazirə, layihə ideyaları üzərində işlər, Azərbaycan və Türkiyə arasında münasibətlər mövzusunda debatlar, hər iki ölkənin mədəniyyət gecələri və digər mövzularda müzakirələr keçirilmişdir.
10 Avqust 2009
42 ölkənin gəncləri Bakıda bir araya gəldilər Azərbaycan Diplomatiya Akademiyasında (ADA) “Könüllü” və “İrəli” Ictimai birliyinin təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda gənclərin yeri” mövzusunda tədbir keçirilmişdir.
16 İyul 2009
“Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirilmişdir “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və Demokratik İştirak Naminə Avropa İnstitutu birgə olaraq Avropa Birliyi Gənclər Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 11 – 18 İyul, 2009-cu il tarixlərində “Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirmişdir.
10 İyul 2009
Özbəkistandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyi ilə görüş keçirmişdir Görüşdə gənclər siyasəti sahəsindəki birgə və qarşılıqlı əməkdaşlığa dair planlar və layihələr müzakirə olunmuşdur.
01 İyul 2009
Estoniya Tələbələr birliyi Federasiyasının nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur lk tanışlıqdan sonra qonaqlara “İRƏLİ” İctimai Birliyinin təsis olunması, məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
12 İyun 2009
Bolqarıstanın nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur 11 İyun 2009-cu il tarixində, Bolqarıstan Respublikasının Gənclər Sahəsində fəaliyyət göstərən Dövlət Agentliyinin nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir. Görüşdə gənclər sahəsində qarşılıqlı əməkdaşlıq və fəaliyyətə dair fikir mübadiləsi aparılmışdır.
11 İyun 2009
Avropa Şurasının Gənclər və İdman Direktoratlığının Baş Müşaviri Qay - Mişel Brandtner “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur 29 May 2009-cu il tarixində Avropa Şurasının Gənclər və İdman Direktoratlığının Baş Müşaviri Qay - Mişel Brandtner “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında Birliyin İdarə Heyəti ilə görüşüb.
29 May 2009
Avropa Birliyinin Gənclər Fəaliyyətdə Proqramı Cari dövr ərzində “İRƏLİ” fəalı Səbuhi Rzayev AB-nin Şərqi Avropa ölkələri üçün nəzərdə tutulan SALTO Əməkdaşlıq Proqramının Azərbaycan üzrə nümayəndəsi seçilmişdir.
24 Aprel 2009
“İRƏLİ”dən ATƏT həmsədrinə dəstək aksiyası "İRƏLİ" İctimai Birliyi ATƏT-in hazırkı həmsədri, Yunanıstanın Xarici İşlər Naziri Dora Bakoyannisə dəstək aksiyası keçirib.
16 Fevral 2009
"İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı Birləşmiş Ştatların Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Arien de-Volfla görüşmüşdür 19.01.2009 tarixində ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə milli direktoru Arien de - Volfun dəvəti ilə MDİ-nin qərargahında “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı ilə görüş keçirilmişdir.
19 Yanvar 2009
Ireli facebook  
© 2009 Ireli.az    |    Bizimlə Əlaqə Programming by WEBB Design by Jeykhun Imanov Studio