Bir müddət əvvəl ATƏT-in hazırkı həmsədri, Yunanıstanın Xarici İşlər Naziri Dora Bakoyannis müsahibələrinin birində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verilən suala cavabında 2009-cu ildə münaqişənin həllində irəliləyişlərin gözlənildiyini və ATƏT-in bütün dövlətlərinin Azərbaycan ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bəyan edib.
Bu bəyanat işğalçı ölkə gənclərinin xoşuna gəlməyib və Yunanıstan Xarici İşlər Naziri Dora Bakoyannisi yenidən bəyanat verməyə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsipləri haqqında fikirlərini dəyişməyə çağıran məktubla müraciət etməyə başlamışlar.
"İRƏLİ" İctimai Birliyi ATƏT-in hazırkı həmsədri, Yunanıstanın Xarici İşlər Naziri Dora Bakoyannisə dəstək aksiyası keçirib. Sözü gedən aksiya çərçivəsində Yunanıstan Xarici İşlər Nazirinin elektron poçtuna yüzlərlə təşəkkür məktubu göndərilib "Aksiyanın davamı olaraq Yunanıstanın Xarici İşlər Naziri Dora Bakoyannis üçün dəstək klubu yaradılıb. Fevralın 15-də isə dəstək bəyanatı Yunanıstanın ölkəmizdəki səfirliyinə təqdim edilib.
Həmçinin baxın:




