IRELI Public Union
LanguagesEnAz

IRELI

“Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirilmişdir
10 july 2009

 

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və Demokratik İştirak Naminə Avropa İnstitutu birgə olaraq Avropa Birliyi Gənclər Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 11 – 18 İyul, 2009-cu il tarixlərində “Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirmişdir.

Seminarda İspaniya, Rumıniya, Litva, Belarus, Ukrayna, Slovakiya, Serbiya, Hollandiya və Azərbaycandan gənc liderlər iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Avropa Birliyinə qonşu olan ölkələrdəki gənclər və gənclər təşkilatlarının Avropa Birliyi Gənclər Proqramı çərçivəsində birgə fəaliyyətini və əməkdaşlığını genişləndirmək, birgə layihələrin hazırlanması və artırılmasına təkan vermək, Azərbaycandakı gənclər təşkilatlarını tanıtmaq və Avropadakı təşkilatlarla əlaqələndirmək, Avropa Birliyi Gənclər Proqramlarında Azərbaycan gənclərinin asanlıqla yer almasına şərait yaratmaq idi.

“Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar proqramı beynəlxalq statuslu, Avropada Gənclər işində çox təcrübəli olan təlimçilər tərəfindən aparılılmışdır. Eyni zamanda təlim kursunda Avropa Birliyi Gənclər Proqramı “Youth in Action – Gənclər Fəaliyyətdə” sahəsində təcrübəli qonaqlar iştirak etmişdir. Ziyarət zamanı təlimçilər tərəfindən Avropa Birliyi Gənclər Proqramı “Youth in Action” çərçivəsində Gənclər Mübadilələri, Təlim Kursları, Kontakt qurma seminarları, Əməkdaşlıq Qurma fəaliyyələri, o cümlədən Avropa Könüllülük Xidməti çərçivəsində layihələrin yazılması, müraciət edilməsi və əməkdaşların tapılması kimi vacib məsələlərə aydınlıq gətirililmişdir.

Beynəlxalq seminarın açılışı 13 İyul 2009-cu il tarixində saat 10:30-da “İRƏLİ” İctimai Birliyinin Mərkəzi Qərargahında keçirilmişdir.

 

 

__________________________


Həmçinin baxın:

“Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirilmişdir - Mediada

“Mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq seminar keçirilmişdir - Foto

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib