IRELI Public Union
LanguagesEnAz

IRELI

Avropa Şurasının Gənclər və İdman Direktoratlığının Baş Müşaviri Qay - Mişel Brandtner “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur
29 may 2009

 

29 May 2009-cu il tarixində Avropa Şurasının Gənclər və İdman Direktoratlığının Baş Müşaviri Qay - Mişel Brandtner “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında Birliyin İdarə Heyəti ilə görüşüb. Görüşdə Birliyin sədri Ceyhun Osmanlı, Ali və Orta İxtisas məktəblər üzrə katib Vüsal Bəkirov, Layihələr və Proqramlarla iş üzrə katib İsmayıl İsayev, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri Səbuhi Rzayev iştirak etmişlər.

Avropa Şurasının “Yay Məktəbi” layihəsi ilə bağlı Azərbaycana təşrif buyuran Qay - Mişel Brandtner görüşdə Azərbaycan gəncliyinin dinamik inkişafını və fəaliyyətini müşahidə etdiyini bildirmişdir. O, Azərbaycanın Avropa Gənclər Fonduna müraciət edən ən fəal ölkələrdən biri olduğunu da qeyd etmişdir. Qonaq Azərbaycanda gənclər sahəsində olan dinamikliyin əsas səbəbi kimi “İRƏLİ” İctimai Birliyinin timsalında fəal təşkilatları və dövlətin gənclər siyasətinə olan dəstəyini göstərmişdir. Ceyhun Osmanlının irəli sürdüyü “Avropa Gənclər Festivalı” layihəsində də hər cür təşkilati dəstək göstərməyə hazır olduğunu bildirərək əməkdaşlıq etməyə razılıq vermişdir.

 

 

__________________________


Həmçinin baxın:

Avropa Şurasının Gənclər və İdman Direktoratlığının Baş Müşaviri Qay - Mişel Brandtner “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur -Mediada

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib