IRELI Public Union
LanguagesEnAz

IRELI

Cənubi Koreya Respublikasından gələn gənclərdən ibarət nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir
19 august 2009

19 Avqust 2009-cu il tarixində, saat 10:30-da Cənubi Koreya Respublikasından gələn gənclərdən ibarət nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir. Qonaqlar sırasında Koreya Sağlamlıq, Rifah və Ailə məsələləri Nazirliyinin əməkdaşı Lee Eun Ji , tələbələrdən Hui Jeong Lee, JunSeok Park,  Ellim Hwang,  Myungji Lee, Sado Oh, Jeong Hui An, Hyoju Lim,  Soo Min Lee, Sodam Lee təmsil olunmuşdur. Görüşdə gənclər sahəsində qarşılıqlı əməkdaşlıq və fəaliyyətə dair fikir mübadiləsi aparılmış, Koreya və Azərbaycan universitetlərinin tələbə gənclər təşkilatlarının qarşılıqlı fəaliyyəti müzakirə olunmuş və bu barədə müxtəlif iri miqyaslı təkliflər irəli sürülmüşdür. Bundan başqa hər iki ölkənin gənclərinin birgə düşərgəsinin də təşkil olunması fikri səslənmişdir.

 “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı qonaqları salamlamış, “İRƏLİ”-nin fəaliyyəti barədə qonaqlara geniş məlumat vermişdir.

 Qonaqlar Azərbaycanda gənclərin fəaliyyəti üçün kifayət qədər əlverişli şəraitin yaradıldığını qeyd etmişlər.

 Görüşdən sonra “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı qonaqlara hədiyyələr təqdim etmiş, qonaqlar da öz növbəsində “İRƏLİ”yə hədiyyələr təqdim etmişlər.

 

 

__________________________


Həmçinin baxın:

Cənubi Koreya Respublikasından gələn gənclərdən ibarət nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir - Mediada

Cənubi Koreya Respublikasından gələn gənclərdən ibarət nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir - Foto

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib