1 İyul 2009-cu il tarixində, saat 10:00-da Özbəkistan gənclərinin “Kamolot” ictimai hərəkatının mərkəzi şurasının sədri Akram Alimov, “Kamolot” ictimai hərəkatının mərkəzi şurasının şöbə müdiri Kamoleddin Berdiyev, “Kamolot” ictimai hərəkatının mərkəzi şurası nəzdindəki tədris mərkəzinin baş mütəxəssisi Larisa Yun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişlər.
Görüşdə gənclər siyasəti sahəsindəki birgə və qarşılıqlı əməkdaşlığa dair planlar və layihələr müzakirə olunmuşdur. Bundan başqa qonaqlar “İRƏLİ” İctimai Birliyi ilə birgə gənclər üçün düşərgələrin təşkil edilməsi haqqında təkliflər irəli sürmüşlər. Ümumilikdə, görüşdə “İRƏLİ” İctimai Birliyi ilə Asiya Gənclər Təşkilatlarının qarşılıqlı fəaliyyəti müzakirə edilmişdir. Qonaqlar qeyd etmişlər ki, “İRƏLİ”nin işçi strukturunu öz təşkilatlarında örnək model kimi istifadə edə bilərlər.
Görüşdən sonra qonaqlara hədiyyələr təqdim olunmuş, onlar öz növbəsində Özbəkistanı təmsil edən hədiyyələri Birliyə təqdim etmişlər. Daha sonra isə qonaqlar “İRƏLİ”nin ofisi tanış olmuşlar.
Həmçinin baxın:
Özbəkistandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyi ilə görüş keçirmişdir - Mediada
Özbəkistandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyi ilə görüş keçirmişdir - Foto




