IRELI Public Union
LanguagesEnAz

IRELI

Estoniya Tələbələr birliyi Federasiyasının nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur
12 june 2009

 

12 İyun 2009-cu il tarixində, saat 11:00-da Estoniya Tələbələr birliyi Federasiyasının nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşlar. Görüşdə Tartu Universitetinin Tələbə Birliyinin İdarə Heyətinin üzvü Yuri Pilviste, Eston Tələbələr Birliyi Federasiyasının İctimai-Siyasi məsələlər üzrə mütəxəssisi Anna-Stella Aaristo, Tallin Universitetinin Siyasi Elmlər və İdarəetmə kafedrasının müəllimi və elmlər namizədi Hindrek Lotus, həmçinin Gənclər üçün Təhsil Mərkəzinin Gənclərlə iş departamentinin sədri Anar Zeynalov, “İRƏLİ” İctimai Birliyinin Ali və orta ixtisas məktəblər üzrə katibi Vüsal Bəkirov, Layihə və proqramlar üzrə katib İsmayıl İsayev, Mətbuat katibi Aynur Həsənzadə, İctimaiyyətlə əlaqələr üzrə katib Ülkər İbrahimova və Azərbaycan Gənclər Parlamentinin spikeri Hikmət İsmayılov iştirak etmişlər.

İlk tanışlıqdan sonra qonaqlara “İRƏLİ” İctimai Birliyinin təsis olunması, məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Daha sonra isə Estoniya və Azərbaycan universitetləri arasında tələbə mübadilə proqramları və Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində gələcək əməkdaşlıq planları müzakirə olunmuşdur. Həmçinin bir neçə layihə müzakirə olunmuş və onların icrası haqqında razılıq əldə edilmişdir. Bundan başqa Estoniya və Azərbaycan universitetlərinin Tələbə Gənclər Təşkilatları arasında əlaqələrin qurulması, “İRƏLİ”nin Təlimçilər Mərkəzi ilə əməkdaşlıq, qeyri-formal təhsil metodlarının inkişafına yönəlmiş birgə fəaliyyət də nəzərdə tutulmuşdur.

 Görüş zamanı  Hindrek Lotus qeyd etmişdir ki, onların ölkəsində də eyni istiqamətli layihələrin həyata keçirilməsinə baxmayaraq, Estoniyada hələ ki, “İRƏLİ” İctimai Birliyinə ekvivalent olacaq bir təşkilat mövcud deyildir.

Görüşün rəsmi hissəsi bitdikdən sonra isə gənclər qonaqları nahara dəvət etmiş və onları Azərbaycanın milli mətbəxi ilə tanış etmişlər.

 

 

__________________________


Həmçinin baxın:

Estoniya Tələbələr birliyi Federasiyasının nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur - Mediada

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib