11 İyun 2009-cu il tarixində, Bolqarıstan Respublikasının Gənclər Sahəsində fəaliyyət göstərən Dövlət Agentliyinin nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət etmişdir. Görüşdə gənclər sahəsində qarşılıqlı əməkdaşlıq və fəaliyyətə dair fikir mübadiləsi aparılmışdır.
Görüşdə Bolqarıstan Respublikası Dövlət Gənclər və İdman Agentliyinin Gənclər siyasəti üzrə baş direktoru İrina Karakaçnova, Bolqarıstan Respublikası Dövlət Gənclər və İdman Agentliyinin baş direktoratlığının Haskova regionu üzrə gənclərin fəaliyyəti üzrə koordinatoru Xristo Rayev, Bolqarıstan Respublikası Dövlət Gənclər və İdman Agentliyinin Avropa və Beynəlxalq fəaliyyəti üzrə direktoratlığının sədri Nikolay İvanov iştirak etmişlər.
Həmçinin baxın:
Bolqarıstanın nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur - Mediada
Bolqarıstanın nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur - Foto




