IRELI Public Union
LanguagesEnAz

IRELI

42 ölkənin gəncləri Bakıda bir araya gəldilər
16 july 2009

Azərbaycan Diplomatiya Akademiyasında (ADA) “Könüllü” və “İrəli” gənclər birliyinin təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda gənclərin yeri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə 42 ölkədən paytaxtımıza təşrif buyurmuş gənclər iştirak etmişlər. Tədbirdə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev qonaqlara Akademiya ilə bağlı məlumat vermişdir. Onun sözlərinə görə, hal-hazırda təhsil ocağında eksperiment kimi 25 yerli tələbə təhsil alır. ADA-da tələbələrə İtaliya, Almaniya, Keniyadan və digər ölkələrdən olan müəllimlərin dərs keçdiyini söyləyən rektor onu da sözlərinə əlavə etdi ki, Diplomatiya Akademiyasının məqsədi XİN və beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərən dövlət orqanlarını ixtisaslı kadrlarla təmin etməkdir. Rektor 2011-ci ilə kimi Akademiyanın infrastrukturunun tam şəkildə hazır olacağını dedi. Sonda əcnəbi gənclər göstərilən qonaqpərvərliyə görə razı qaldıqlarını bildirdilər. Əcnəbi gənclər iyulun 18-nə kimi paytaxtımızda müxtəlif tədbirlərə qatılmışlar.

 

 

__________________________


Həmçinin baxın:

42 ölkənin gəncləri Bakıda bir araya gəldilər - Foto

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib