Qazaxstandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşdur
11 september 2009
11 Sentyabr 2009-cu il tarixində Qazaxstan Respublikasının Təhsil və Elm Nazirliyinin nümayəndələri “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuşlar. Görüşdə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, birliyin mətbuat katibi Aynur Həsənzadə, birliyin ali və orta məktəblərlə iş üzrə katibi Vüsal Bəkirov, birliyin idarə heyətinin üzvləri Afaq Zeynalova, Məryam Qulamova, Hikmət Hüseynov, Eldar Əmirov, Qazaxstan Respublikasının Təhsil və Elm Nazirliyinin Tərbiyə İşi və Gənclər Siyasəti Departamentinin direktoru Erlan Aukenov, Tərbiyə İşi və Gənclər Siyasəti Departamentinin baş eksperti Talqat Musayev, Tərbiyə İşi və Gənclər Siyasəti Departamentinin idarə rəisi Erlan Karabalayev və “Jasil El” təşkilatının Respublika Qərargahının rəhbəri İskandar Salixodjayev iştirak etmişlər.
İlk öncə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı qonaqları salamlamış və “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Daha sonra isə qonaqlar özlərini təqdim etmiş və Qazaxstan Respublikasının gənclər siyasəti haqqında məlumat vermişlər.Bundan başqa tərəflər gələcəkdə müxtəlif layihələr, o cümlədən Qazaxstan və Azərbaycan gənclərinin dostluq düşərgələrini və “İRƏLİ” fəallarından ibarət nümayəndə heyətinin Qazaxstana səfərini təşkil etməyi də təklif etmişlər.
Görüş zamanı birgə əməkdaşlığa dair planlar müzakirə olunmuşdur.
Görüş bitdikdən sonra qonaqlar “İRƏLİ”nin ofisi ilə tanış olmuş, daha sonra tərəflər bir-birinə hədiyyə təqdim etmişlər.
__________________________
Həmçinin baxın:
Qazaxıstandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin Mərkəzi Qərargahında olmuşdur - Mediada
Qazaxıstandan nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin Mərkəzi Qərargahında olmuşdur - Foto




