IRELI Public Union
LanguagesEnAz

IRELI

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Siyasi Məsələlər üzrə Müşaviri Coanna Qanson “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur
2 september 2009

2 Sentyabr 2009-cu il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Siyasi Məsələlər üzrə Müşaviri Coanna Qanson “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur. Görüş zamanı öncə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı qonağı görüş iştirakçılarına təqdim etmiş, daha sonra isə “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Görüşdə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, birliyin layihə və proqramlarla iş üzrə katibi İsmayıl İsayev, mətbuat katibi Aynur Həsənzadə, ictimaiyyətlə əlaqələr üzrə katib Ülkər İbrahimova, ali və orta ixtisas məktəblərlə iş üzrə katib Vüsal Bəkirov, birliyin idarə heyətinin üzvü Ramiz Məmmədli iştirak etmişlər. Qonaq “İRƏLİ” haqqında geniş məlumat aldıqdan sonra “İRƏLİ”nin Azərbaycanın gənclər sahəsində yeniliklər etdiyini və fərqli layihələr həyata keçirdiyini qeyd etmişdir. Bundan əlavə qonaq “İRƏLİ”nin müxtəlif tədbirlərində məmnuniyyətlə iştirak edəcəyini, eyni zamanda “İRƏLİ”nin təşəbbüslərinin dəstəklənməsində ABŞ səfirliyinin iştirak etməsinin də mümkünlüyünü bəyan etmişdir.

 

__________________________


Həmçinin baxın:

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Siyasi Məsələlər üzrə Müşaviri Coanna Qanson “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur - Mediada

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib