IRELI Public Union
LanguagesEnAz

IRELI

“İRƏLİ” İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri arasında görüş keçirilmişdir
22 october 2009
22 Oktyabr 2009–cu il tarixində “İRƏLİ” İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri arasında görüş keçirilmişdir.
 
Görüşdə BMTİP-in Azərbaycandakı nümayəndəsinin müavini Nura Həmlaci və BMTİP-in proqram şöbəsinin əməkdaşları, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Layihələr və Proqramlarla iş üzrə katib Ayxan Mustafayev və “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin üzvləri iştirak etmişlər.
 
İlk öncə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı qonaqları salamlamış və “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti  ilə yaxından tanış etmişdir. Birliyin Layihələr və proqramlarla iş üzrə katibi Ayxan Mustafayev təsis olunduğu gündən “İRƏLİ” nin həyata keçirdiyi və planlaşdırılan prioritet layihələr və tədbirləri haqqında ətraflı məlumat vermişdir.
 
BMT – nin İnkişaf Proqramının idarəçilik və böhranların qarşısının alınması məsələləri üzrə koordinatoru Verena Linveber BMT-nin İnkişaf Proqramının fəaliyyəti haqqında məlumat vermişdir.
Görüş zamanı Miniliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolu vurğulanmışdır,
Tərəflər “İRƏLİ” İctimai Birliyi ilə BMT İnkişaf Proqramı arasında birgə əməkdaşlıq üçün potensial imkanları müzakirə etmişdir.
 
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib