İran İslam Respublikasının Milli Gənclər Təşkilatının nümayəndələri "İRƏLİ" İctimai Birliyinin qonağı olmuşdur
26 january 2010
Bu gün "İRƏLİ" İctimai Birliyinin mərkəzi gərərgahında İran İslam Respublikasının Milli Gənclər Təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə "İRƏLİ" nin aktiv üzvləri və İdarə heyətinin üzvləri iştirak etmişlər.
İlk öncə "İRƏLİ" İctimai Birliyinin Ali məktəblərlə iş üzrə katibi Vüsal Bəkirov "İRƏLİ" adından qonaqları salamlamış və “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Qonaqlara təsis olunduğu gündən “İRƏLİ” nin həyata keçirdiyi və planlaşdırılan prioritet layihələr və tədbirləri haqqında ətraflı məlumat vermilmişdir. Daha sonra “İRƏLİ” İctimai Birliyinin nəzarət təftiş komissiyasının sədri Afaq Zeynalova uğurla davam edən "Milli Diskussiyalar" layihəsi haqqında məlumat vermiş və adı gedən layihənin kitabçalarını qonaqlara təqdim etmişdir.
İran İslam Respublikasının Milli Gənclər Təşkilatları nümayəndəliyinin rəhbəri Məhəmməd Sadiq Əkbəri "İRƏLİ" - də artıq ikinci dəfə qonaq olduğunu bildirmişdir. Qonaq nitqində qeyd etdmişdirki, "İRƏLİ" -nin bu iki il ərzində daha da inkişaf etməsi, daha da geniş miqyaslı layihələr həyata keçirməsi onu sevindirir. Qonaq bildirdi ki, bu günkü gündə İran İslam Respublikasının və Azərbaycan Respublikasının Gənclər siyasəti çox oxşardır. İranda da əhali arasında gənclər üstünlük təşkil edir. Məhəmməd Sadiq Əkbəri nəzərə çatdırdı ki, gənclərin ümumi inkişafı məsələsində Azərbaycan və İran daima əməkdaşlıq edir. O bildirdi ki, İranın 30 ostanında (rayonunda) 3200 yaxın ayrı–ayrı gənclər təşkilatları var. Onlar özləri aralarında əlaqəlidirlər və atdıqları hər bir addımda bir–birlərinə dəstək olurlar. Bu baxımdan İran, bütün hökümət və qeyri - hökümət təşkilatları gənclər təşkilatına dəstək göstərirlər. Görüşdə bildirildi ki, Azərbaycan Respublikasının Gənclər İdman Naziri Azad Rəhimov dəfələrlə İranda olmuş və öz İranlı həmkarlı ilə görüşmüşdür. Ölkələrimizin gənclərinin inkişafı naminə Azərbaycan və İran arasında xüsusi memorandumun imzalanması gözlənilir. Qeyd edilən sənəd yaxın günlərdə imzalanmalıdır.
Məhəmməd Sadiq Əkbəri İran İslam Respublikasının Gənclər Nazirliyinin siyasəti haqqında danışarkən qeyd etdi ki, İran tərəfi gənclərin inkişafı üçün xüsusi strategiya hazırlayıb ki, bu strategiya ümumilikdə 20 il müddəti əhatə edir. Bu strategiyada əsas məqsəd yeni nəsil gəncləri ümumi fəaliyyətə cəlb etməkdir. Cənab Əkbəri nəzərə çatdırdı ki, İslam İnqilabından sonra İran və İraq arasında baş vermiş müharibədə bir çox gənc həlak oldu. Ən azından 3 nəsil gənclik itirildi. Ancaq indi vəziyyət getdikə yaxşılaşır. Yeni gənclər həlak olanların yeri tuturlar. Bu gənclər birgə fəaliyyətləri ilə İranı yenidən qururlar. Cənab Əkbəri onu da vurğuladı ki, Azərbaycan və İran dövlətlərlərinin çox oxşarlıqları var. Cənab Əkbəri böyük fəxrlə bildirdi ki, ölkəsinin fəal gəncləri bundan sonra da İran İslam Respublikasına dəstək olacaqlar.
Görüşdən sonra qonaqlara ölkəmizin milli sənət işlərini əks etdirən hədiyyələr təqdim olunmuş, qonaqlar da öz növbəsində hədiyyələrini Birliyə təqdim etmişlər.
__________________________
Həmçinin baxın:




