“İrəli” İctimai Birliyi ilə Küveyt Dövlətinin “LoYAC” təşkilatı arasında protokol imzalanmışdır
11 february 2010
Bu yaxınlarda “İrəli” İctimai Birliyinin ofisində “İrəli” İctimai Birliyi ilə Küveyt Dövlətinin aparıcı təşkilatı olan “LoYAC” təşkilatı arasında qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə niyyət protokolu imzalanmışdır.
Protokolda gələcəkdə birgə layihələrin həyata keçirilməsinə böyük önəm verilir və bu sahədə qarşılıqlı tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin təşkilatlar öz çoxsaylı resurslarını nəzərə alaraq qarşılıqlı şəkildə bu imkanlardan yararlanmağı planlaşdırır.
Tərəflər hər bir təşkilatın özünəməxsus təcrübəyə malik olduğunu nəzərə alaraq öz aralarında informasiya və təcrübə mübadiləsi məqsədi ilə səfərlər həyata keçirmək niyyətində olduqlarını bildirirlər.
Qeyd edək ki, LOYAC təşkilatı öz bölgəsinin ən böyük təşkilatlarından biridir.
_________________________
Həmçinin baxın:




