“İRƏLİ” İctimai Birliyi və mərkəzi ofisi Kosta-Rikada yerləşən dünya miqyaslı “Earth Charter İnternational” təşkilatı arasında “Qoşulma haqqında razılıq” protokolu imzalanıb
12 february 2010
“İRƏLİ” İctimai Birliyinin beynəlxalq əlaqələri sürətlə genişlənməkdə davam edir.
Bu dəfə isə “İRƏLİ” İctimai Birliyi və mərkəzi ofisi Kosta-Rikada yerləşən dünya miqyaslı “Earth Charter İnternational” təşkilatı arasında“Qoşulma haqqında razılıq” protokolu imzalanıb. Bu protokola əsasən “İRƏLİ” İctimai Birliyi dünya miqyaslı təşkilat olan “Earth Charter İnternational”-ın Azərbaycan üzrə rəsmi və daimi nümayəndəsi, eyni zamanda partnyor təşkilatı statusunu alır. Bununla gələcəkdə hər iki təşkilatın birgə layihələr həyata keçirməsi planlaşdırılır. Layihələrin əsasən beynəlxalq miqyaslı olması nəzərdə tutulur.
“Earth Charter İnternational” təşkilatının məqsədlərinə aşağıdakılar daxildir: qlobal cəmiyyətdə etik normaların təbliq olunması, cəmiyyətdə hörmət və qayğı kimi dəyərlərin aşılanması, ekoloji inteqrasiya, ümumdünya insan haqları, iqtisadi ədalət, demokratiya prinsipləri və sülh mədəniyyəti kimi dəyərlər. Qeyd etmək lazımdır ki, bu təşkilatın Asiya, Avropa, Afrika və Amerika qitələrində bir çox partnyor təşkilatlarla əlaqələri var və bir çox təşkilatlar “Earth Charter İnternational”-ın rəsmi partnyoru olaraq böyük layihələr həyata keçirmiş və böyük uğurlara imza atmışlar.
_________________________
Həmçinin baxın:




