IRELI Public Union
LanguagesEnAz

“Municipality - 2009”

“Bələdiyyə - 2009” layihəsi Yardımlı, Oğuz və Ağsu rayonlarında keçirilmişdir
3 november 2009
Bildiyiniz kimi, 2009-cu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alaraq “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində “İrəli” İctimai Birliyi və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə birgə tədbirlər təşkil etmək barədə qərar vermişlər.
Respublikanın bütün şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusu” və ”Seçkiqabağı təşviqatın təşkili” mövzuları üzrə keçirilməsi nəzərdə tutulan təlimlərdə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılacaqdır.
Vətəndaşların diqqətini seçkilərə cəlb etmək üçün əyani vasitə olaraq “Yerli demokratiya həftəsi”nin loqotipi və seçiciləri fəal iştiraka çağıran plakatlar asılmış xüsusi avtobuslar Azərbaycan Respublikasının bütün şəhər və rayon ərazilərinə göndəriləcək, eyni zamanda bütün rayonlarda  layihənin posterləri asılacaqdır.
Bir neçə şəhər və rayonlarda təlimlərlə yanaşı Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında “Gələcək Gənclərlə Gələcək” şüarı altında klassik Azərbaycan musiqisi konsertlərinin təşkili də planlaşdırılmışdır.
Tədbirdə bələdiyyə seçkilərinə maraq göstərən gənc fəallar iştirak edəcəkdir.
Nəzərinizə çatdıraq ki, 21 Oktyabr 2009-cu ildən başlayaraq ölkəmizin müxtəlif bölgələrində təlimlər start götürmüşdür.
Layihə çərçivəsində növbəti təlimlər 3 Noyabr 2009-cu il tarixində Yardımlı, Oğuz və Ağsu rayonlarında keçirilmişdir.
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib