Xəbərlər

İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin qonağı olacaq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə cari ilin 9-14 mart tarixlərində İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
11 Mart 2010
“İRƏLİ” Seminar – Simulyasiya Oyununun yekun mərhələsini keçirir Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi “Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı enerji seminar-simulyasiya oyununu təşkil etmişdir.
06 Mart 2010
Litvanın paytaxtı Vilnüs şəhərində “Avropa Bilikləri” adlı beynəlxalq layihədə Azərbaycan gənclər sektorunu “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı təmsil edir British Council Böyük Britaniyanın Strateji Proqramlar Fondunun dəstəyi ilə 6-13 Mart 2010 tarixində Litvanın paytaxtı Vilnüs şəhərində “Avropa Bilikləri” adlı beynəlxalq layihə həyata keçirir. Layihənin məqsədi Şərqi Avropa ölkələrində dövlət və ictimai sferada təmsil olunan insanların Avropa Yeni Qonşuluq Siyasəti və Əməkdaşlıq İnstrumentləri barədə maarifləndirilməsidir.
06 Mart 2010
“İRƏLİ” Seminar – Simulyasiya Oyunu keçirir Qeyd olunan Enerji Seminar-Simulyasiya Oyununun qarşısına qoyduğu məqsəd Azərbaycanın müxtəlif universitetlərindən tələbələri və gənc tədqiqatçıları bir araya toplayaraq onlarda tədqiqatçılıq ruhunu artırmaq və Azərbaycanın enerji siyasətini gənclərin əsas tədqiqat sahələrindən birinə çevirməkdir.
05 Mart 2010
“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi politoloq Elman Nəsirovla “ABŞ-ın xarici siyasətində enerji təhlükəsizliyi probleminin yeri və rolu” mövzusunda görüş keçirmişdir “İRƏLİ” İctimai Birliyinin Tədqiatlar Mərkəzi 3 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası¬nın dosenti, Geostrateji Araşdırmalar Merkezinin direktor müavini, politoloq Elman Nəsirovla “ABŞ-ın xarici siyasətində enerji təhlükəsizliyi probleminin yeri və rolu” mövzusunda görüş keçirmişdir.
03 Mart 2010
Xocalı faciəsi Litvada qeyd olunmuşdur Litvanın paytaxtı Vilnüsdə əsasən gənclərin, məktəblilərin, sadə vətəndaşların, ziyalıların və tələbələrin iştirakı ilə reallaşan Xocalıya həsr olunmuş tədbirdə Azərbaycanlı gənc tələbələr, magistrlər öz könüllü köməklərini göstərmişlər.
02 Mart 2010
XOCALI Faciəsi Avropanin ən böyük Liman Şəhəri olan Rotterdamda qeyd olunmuşdur Bildiyiniz kimi, Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçirilmişdir. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunmuşdur.
01 Mart 2010
Parisin mərkəzi küçələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar keçirilmişdir Planlaşdırılarn növbəti aksiya 26 fevral saat 9-00-dan 13-00-a qədər Parisin Pol Klodel meydanında (Senat yaxınlığında) “İRƏLİ” İctimai Birliyinin və Azərbaycan Fransız Gənclik təşkilatının və Fransadakı Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilmişdir.
01 Mart 2010
Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”keçirilmişdir Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirmişdir. Keçirilmiş növbəti aksiya Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə doğru Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”olmuşdur.
27 Fevral 2010
Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”na start verilir Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”na start verilir.
26 Fevral 2010
Parisin mərkəzi küçələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar başlayır Planlaşdırılarn növbəti aksiya 26 fevral saat 9-00-dan 13-00-a qədər Parisin Pol Klodel meydanında (Senat yaxınlığında) “İRƏLİ” İctimai Birliyinin və Azərbaycan Fransız Gənclik təşkilatının və Fransadakı Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilir.
26 Fevral 2010
“ İrəli İctimai Birliyi Hüquq Mərkəzi “ ndə “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“ mövzusunda görüş keçirilmişdir “ İrəli Hüquq Mərkəzi “gənc hüquqşünaslarla Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai - siyasi xadimlərinin silsilə görüşlərinin təşkilini davam etdirir.
26 Fevral 2010
Londonda Parlament binası önündə Xocalı Soyqırımı ilə bağlı aksiya keçiriləcəkdir Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirir. Planlaşdırılarn növbəti aksiya 26 Fevral, saat 12:00-da Böyük Britaniyanın parlament binasının qarşısında, məşhur “Parliament Square” meydanında baş tutacaqdır. Aksiya ilk növbədə Trafalgar Meydanından Parlament meydanına qədər olan dinc yürüşlə başlayacaqdır.
26 Fevral 2010
Almaniyanın Kassel şəhərində Xocalı Soyqırımına dair Beynəlxalq Konfrans keçiriləcəkdir Xocalı Soyqırımı ilə əlaqədar planlaşdırılarn növbəti tədbir Almaniyanın Kassel şəhərində Xocalı Soyqırımına dair Beynəlxalq Konfransdır. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, “İRƏLİ” İctimai Birliyi, Alman-Azərbaycan Dialoq Platformu və Türk Tələbələr Dərnəyidir.
25 Fevral 2010
XOCALI Faciəsi Avropanin ən böyük Liman Şəhəri olan Rotterdamda qeyd olunacaq Bildiyiniz kimi, Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçiriləcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunur. Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi hazırlıq işləri yekunlaşmışdır
25 Fevral 2010
“İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında Mətbuat konfransı keçirilmişdir Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyi Avropanın bir neçə ölkəsində aksiyalar və tədbirlər həyata keçirəcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya və Litvada təşkil olunacaq. Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.
23 Fevral 2010
“İRƏLİ” Kiyevdə Xocalı Soyqırımına həsr olunmuş konfrans keçirmişdir Ukraynanın bir sıra aparıcı gənclər təşkilatları fəallarının, tarixçi alimlərin politoloqların və jurnalistlərin qatıldığı mərasimi Ukrayna Avropa gənclər hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksandra Skiba açaraq 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəri cinayətin hələ də cavabsız qalmasından təəssüflə danışdı.
22 Fevral 2010
“ İRƏLİ” İctimai Birliyinin Hüquq Mərkəzində “ Beynəlxalq cinayət hüququ və Xocalı soyqırımı “ mövzusunda görüş keçirilmişdir “İRƏLİ” Hüquq Mərkəzində bəşəriyyət tarixində ən ağır cinayət olan Xocalı soyqırımı haqqında ekspert beynəlxalq cinayət hüququ üzrə elmlər namizədi,dosent Rahim Məmmədov ilə görüş keçirilmişdir.
19 Fevral 2010
“İRƏLİ” Kiyevdə Ukraynanın gənclər təşkilatı ilə birgə Xocalı konfransına start verir Azərbaycanın “İRƏLİ” İctimai Birliyi və Kiyevin “Молодежный Европейский Рух” şəhər təşkilatı 20 Fevral 2010 tarixində “Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan” mövzusuna həsr olunmuş görüş keçirəcək.
18 Fevral 2010
"İRƏLİ" İctimai Birliyinin Hüquq Mərkəzində “İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilmişdir “İrəli Hüquq Mərkəzi” gənc hüquqşünaslarla Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai – siyasi xadimlərinin silsilə görüşlərinin təşkilini davam etdirir. Bu silsilədən növbəti görüş tanınmış hüquqşünas – vəkil, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının üzvü Sahib Məmmədovla “insan haqlarının məhkəmə müdafiəsi “ mövzusunda keçirilmişdir.
13 Fevral 2010
← əvvəlki    1  2  3  4  5  6    sonrakı →
Ireli facebook  
© 2009 Ireli.az    |    Bizimlə Əlaqə Programming by WEBB Design by Jeykhun Imanov Studio