Ireli.az

News

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Qış Kuboku” keçirilmişdir - 2010-02-01
Dünən, “Xəzər” İntellektual Gənclər Klubu və “İrəli” İctimai Birliyi, Gənclər və İdman nazirliyinin təşkilatı dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Qış Kuboku” turniri keçirdi. Turnirdə “Xəzər”, “Atəşgah”, “Ekselsior”, “Turan”, “İqtisadçı”, “SİM Klub” və “Maqnat” klublarını təmsil edən 30 komanda iştirak edirdi.
 
Turnir 60 sualdan ibarət idi. Faiq Hüseynovun kapitan olduğu komanda 40 suala düzgün cavab verərək çempionatın ən yaxşı komandası adına layiq görüldü. İkinci yerə 32 suala düzgün cavab vermiş “Triumf” (kapitan Fərrux Hüseynov), üçüncü yerə isə Orxan Cəfərovun kapitanlıq etdiyi “KİPL” komandası layiq görüldü. Turnirin qalibləri mükafat və medallarla təltif olundular.  
 
Azərbaycanın ən böyük ictimai təşkilatı olan “İrəli” təşkilatı ilə Azərbaycanda ilk Azərbaycandilli intellektusl klub olan “Xəzər” klubunun birgə fəaliyyətinin ilk təcrübəsi sayılan Payız Kuboku kimi, bu turnir də, gənclər arasında intellektual hərəkatın populyarlaşmasına nail olmağa istiqamətlənmiş ümumi maraqların nəticəsidir. Bildirilir ki, hər iki təşkilat gələcəkdə də öz birgə fəaliyyətini davam etdirmək niyyətindədir. Qarşıda intellektualları Bahar və Yay Kuboku gözləyir.
 

printerprinter friendly version




Ireli facebook Netty 2010 Nominant
© 2005-2010 Ireli.az    |    Contact us Programming by WEBB Design by Jeykhun Imanov Studio