İrəli İctimai Birliyinin Hüquq Mərkəzi “Gənc hüquqşünasların ictimai sektorda rolu” mövzusunda millət vəkili, hüquqşünas Fazil Mustafa ilə görüş keçirmişdir.
İrəli Hüquq Mərkəzi fevral ayından başlayaraq mütəmadi olaraq Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, deputatları, fəal ictimai xadimləri ilə gənc hüquqşünasların birgə müzakirələrini təşkil etməkdədir.
Bu silsilədən ilk görüş “Gənc hüquqşünasların ictimai sektorda rolu” mövzusunda 2 fevral gənclər günündə keçirilmişdir. Tədbiri İrəli Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov açıq elan etdikdən sonra gənc hüquqşünaslar millət vəkili, hüquqşünas Fazil Mustafaya suallarını ünvanladılar. Suallar əsasən insan hüquqları və onların müdafiə mexanizmləri, seçkilər, demokrtatik təsisatlar, hüquq təhsili və onun aktual problemləri, qeyri-hökumət təşkilatların fəaliyyəti ilə əlaqədar idi.
İrəli Hüquq Mərkəzi gənclərin marağını nəzərə alaraq bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini nəzərdə tutmuşdur.
Həmçinin baxın:
Millət vəkili Fazil Mustafa ilə görüş - Foto



