IRELI Public Union
LanguagesEnAz

IRELI

"İRƏLİ" İctimai Birliyinin Hüquq Mərkəzində “İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilmişdir
13 february 2010

“İrəli Hüquq Mərkəzi” gənc hüquqşünaslarla Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai – siyasi xadimlərinin silsilə görüşlərinin təşkilini davam etdirir. Bu silsilədən növbəti görüş tanınmış hüquqşünas – vəkil, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının üzvü Sahib Məmmədovla “insan haqlarının məhkəmə müdafiəsi “ mövzusunda keçirilmişdir. 

Tədbiri “ İrəli Hüquq Mərkəzi“nin rəhbəri Roman Qaraşov açıq elan edib mövzu  haqqında qısa məlumat verdikdən sonra çıxış üçün söz Sahib Məmmədova verildi. Ekspert ilk olaraq insan haqları, onun müasir müdafiə mexanizmləri, yerli və beynəlxalq məhkəmələr, onların səlahiyyətləri, məhkəmə presedentlərindən danışdı.  Azərbaycan Respublikasında insan hüquqlarına dair qanunvericiliyin dünyanın qabaqcıl ölkələrinin praktikasına uyğunlaşdırıldığını qeyd edən ekspert ABŞ, Polşa praktikasına istinad etdi.

Dağlıq Qarabağ münaqişəsinə də hüquqi aspektdən toxunan Sahib Məmmədov insanlıq əleyhinə, genosid və hərbi cinayətlərin cinayət-hüquqi tövsifini verdi.

Daha sonra görüş iştirakçılarının insan haqları, demokratiya, müasir beynəlxalq hüquq, seçkilər, məhkəmə hakimiyyəti, müxtəlif məhkəmə instansiyaları, o cümlədən andlı iclasçılarla bağlı sualları cavablandırıldı.

İrəli Hüquq Mərkəzi gənclərin marağını nəzərə alaraq bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini nəzərdə tutmuşdur.

 

_________________________

 

Həmçinin baxın:

“İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilmişdir - Foto

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib