“ İRƏLİ” İctimai Birliyinin Hüquq Mərkəzində “ Beynəlxalq cinayət hüququ və Xocalı soyqırımı “ mövzusunda görüş keçirilmişdir
19 february 2010
“İRƏLİ” Hüquq Mərkəzində bəşəriyyət tarixində ən ağır cinayət olan Xocalı soyqırımı haqqında ekspert beynəlxalq cinayət hüququ üzrə elmlər namizədi,dosent Rahim Məmmədov ilə görüş keçirilmişdir.
Tədbiri “ İrəli “ Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov açıq elan edib Xocalı faciəsinin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edərək bununla əlaqədar “ İrəli “ İctimai Birliyinin Avropanın 8 ölkəsində keçirəcəyi tədbirlər haqqında qonaqlara məlumat verdi.
"Bütövlükdə Azərbaycan xalqına qarşıyönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Rahim Məmmədov sözə Ümummilli lider Heydər Əliyevin bu fikirləri ilə başladı. Qətliamda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ekspert beynəlxalq cinayətlər, Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması haqqında, eləcə də soyqırım cinayəti, bu cinayətlə əlaqədar yaradılmış beynəlxalq tribunalar haqqında məlumat verdi. “ Hərbi zərurət olmadan insanların kütləvi qırılması, hər hansı milli, etnik, irqi və ya dini bir qrupun tamamilə və ya qismən məhv edilməsi soyqırım hesab edilir “ deyən Rahim Məmmədov Xocalı faciəsini soyqırım cinayəti kimi xaraktrizə edən əlamətləri izah edərək əsaslandırdı. Soyqırım cinayətinin spesifik xüsusiyyətlərini izah etdi.
Eyni zamanda görüşdə Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması sahəsində təbliğatın vacibliyi bildirildi. Mövzu ilə bağlı görüş iştirakçılarının sualları cavablandırıldıqdan sonra Xocallı soyqırımı ilə əlaqədar sənədli filmin nümayiş etdirilməsi ilə tədbirə yekun vurluldu.
_________________________
Həmçinin baxın:




