IRELI Public Union
LanguagesEnAz

IRELI

“İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında Mətbuat konfransı keçirilmişdir
23 february 2010

Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyi Avropanın bir neçə ölkəsində aksiyalar və tədbirlər həyata keçirəcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya və Litvada təşkil olunacaq. Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.                                                                                                               

Hollandiyanın Rotterdam şəhərində silsilə tədbirlər nəzərdə tutulub. Aksiya Fevralın 26-da Rotterdam bələdiyyəsinin önündə baş tutacaq nümayişlə başlayacaq. Bundan sonra 200 nəfəri özündə birləşdirəcək yürüş şəhər mərkəzinə qədər davam edəcək. Növbəti addım kimi Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti Hollandiya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təşkil olunacaqdır.                                

26 Fevralda Böyük Britaniyada, paytaxt London şəhərində də geniş miqyaslı dinc etiraz aksiyası keçiriləcəkdir. 200 nəfərə yaxın gənc xüsusi hazırlanmış geyimlərdə və erməni işğalçılığı və aqressiyası əleyhinə şüarlar yazılmış tablolarla  Trafalqar Meydanından Parlament binasının önunə qədər dinc yürüş edəcək. Böyük Britaniya Parlamentinin önündə iki saatlıq dinc etiraz aksiyası zamanı müxtəlif şüarlar səsləndiriləcəkdir. Həmçinin “İrəli” İctimai Birliyinin Londondakı təmsilçiliyi  Ermənistan səfirliyinin önündə də etiraz aksiyası həyata keçirməyi nəzərdə tutur. Aksiyaların davamı olaraq iştirakçılar dərhal fərqli qruplara bölünəcək və  Xocalı Soyqırımı haqda broşurlar paylayacaqlar. Aksiya tam bitdikdən sonra, Gənclərin mövzu ətrafında diskussiyası həyata keçiriləcəkdir.

Almaniyanın Leypsiq və Kassel şəhərlərində də 26 Fevralda bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Almaniyanın adı çəkilən şəhərlərinin aparıcı universitetlərində Alman ziyalılarını və gənclərini Xocalı soyqırımı barəsində maarifləndirmək və ermənilərin Azərbaycanda insanlığa qarşı törətdiyi cinayətləri dolğun şəkildə nümayiş etdirmək məqsədi ilə geniş konfranslar keçiriləcək. Konfrans zamanı mövzuya uyğun müxtəlif broşürlar, bukletlər və kitablar paylanılacaqdır.

Latviyada gənclərimiz tərəfindən 26 Fevralda Xocalı Soyqırımının fotolarının əks olunduğu “Avtobus Turları” aksiyası təşkil olunacaqdır. Bu turların Latviyanın 4 şəhərini əhatə etməsi daha sonra isə Estoniyanın paytaxtı Tallinn şəhərinə qədər davam etməsi planlaşdırılmışdır. 

Litvada da gənclərimizin Xocalı Soyqırımı ilə bağlı tədbirləri yürüş, seminar və digər fleş moblarla yadda qalacaqdır.

Qeyd etmək lazımdır ki, bütün bu aksiyaların keçirilməsi zamanı aksiya iştirakçıları xüsusi geyim, poster və digər təbliğat materiallarından istifadə edəcəkdir.

Keçirilən tədbirlərlə bağlı olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə kitablar və broşurlar təqdim olunmuşdur.                                                                                                                               

Yuxarıda qeyd olunan məsələlərlə bağlı 23 Fevral 2010 tarixində, saat 12:00-da “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında mətbuat konfransı keçirilmişdir.

 

 

__________________________


Həmçinin baxın:

“İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında Mətbuat konfransı keçirilmişdir - Mediada

“İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında Mətbuat konfransı keçirilmişdir - FOTO

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib