Almaniyanın Kassel şəhərində Xocalı Soyqırımına dair Beynəlxalq Konfrans keçiriləcəkdir
25 february 2010
Xocalı Soyqırımı ilə əlaqədar planlaşdırılarn növbəti tədbir Almaniyanın Kassel şəhərində Xocalı Soyqırımına dair Beynəlxalq Konfransdır. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, “İRƏLİ” İctimai Birliyi, Alman-Azərbaycan Dialoq Platformu və Türk Tələbələr Dərnəyidir.
Konfransın əsas məqsədi 1992-ci il fevral ayının 26-sında Xocalı Şəhərində Erməni Silahlı Qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş misli görünməyən cinayətləri Alman ictimaiyyətinə çatdırmaqdır. Tədbirin əsas iştirakçıları Kassel və Leypsiq Universitetlərinin müəllim və tələbə heyəti, təşkilatçılar tərəfindən dəvət edilmiş yerli siyasi rəsmilər, ictimai xadimlər, habelə KİV nümayəndələridir.
26-27 Fevral tarixlərində Almanyanın Leypsiq şəhərində görüləcək tədbirlər isə aşağıdakılardır:
Xocalı Soyqırımına həsr edilməş kitabların Leypsiq Universitetinin Mərkəzi Kitabxanası, Qloballaşma və Avropa Təlimləri İnstitutunun Kitabxanası və Leypsiq Şəhər Albertina Kitabxanasında yerləşdirilməsi, bundan əlavə universitetdə və tələbə yataqxanalarında Xocalı gerçəklərini özündə əks etdirən bukletlərin yayılması və universitet afişalarında posterlərin asılmasıdır.
Əlavə məlumat üçün "İRƏLİ" İctimai Birliyinin Almaniyadakı təmsilçisi İsmayıl İsayevə müraciət edə bilərsiniz (+491 577 617 20 95)
__________________________
Həmçinin baxın:
Almaniyanın Kassel şəhərində Xocalı Soyqırımına dair Beynəlxalq Konfrans keçiriləcəkdir - Mediada
“İRƏLİ” Kiyevdə Xocalı Soyqırımına həsr olunmuş konfrans keçirmişdir - PHOTO




