IRELI Public Union
LanguagesEnAz

IRELI

XOCALI Faciəsi Avropanin ən böyük Liman Şəhəri olan Rotterdamda qeyd olunacaq
25 february 2010
Bildiyiniz kimi, Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçiriləcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunur. Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.                                                                               
 
Avropanın ən böyük liman şəhəri olan Hollandiyanın Rotterdam şəhərində silsilə tədbirlər nəzərdə tutulub. Aksiya Fevralın 26-da Rotterdam bələdiyyəsinin önündə baş tutacaq nümayişlə başlayacaq. Bundan sonra 200 nəfəri özündə birləşdirəcək yürüş şəhər mərkəzinə qədər davam edəcək. Növbəti addım kimi Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti Hollandiya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təşkil olunacaqdır.       
 
Tədbirlər üçün əvvəlcədən Rotterdam şəhərinin meri və polis şefi ilə danışıqlar aparan Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyəti tədbirin keçirilməsi üçün rəsmi icazə ala bilmişdir.
Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir.
Hollandiyada Xocalı Soyqırımı ilə əlaqədar olan tədbirlərin keçirilməsinə Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İRƏLİ” İctimai Birliyinin Hollandiyakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik edir.
 
Əlavə məlumat üçün "İRƏLİ" İctimai Birliyinin Hollandiyada təmsilşisi Hafiz Mehdiyevə müraciət edə bilərsiniz (+ 31 63 982 49 18)
 
 
__________________________


Həmçinin baxın:

XOCALI  Faciəsi  Avropanin ən böyük Liman Şəhəri olan Rotterdamda qeyd olunacaq - Mediada

“İRƏLİ” Kiyevdə Xocalı Soyqırımına həsr olunmuş konfrans keçirmişdir - PHOTO

 


Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib