Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”na start verilir
26 february 2010
Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirir.
Planlaşdırılarn növbəti aksiya kimi bu gün Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə doğru Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”na start verilir.
“İRƏLİ” İctimai Birliyinin Riqadakı təmsilçiliyi tərəfindən təşkil edilən aksiyaya Latviyada yaşayan və təhsil alan latış, italyan, türk, alman,tacik və digər millətləri təmsil edən gənclər qoşulur.
Aksiya üçün nəzərdə tutulmuş Avtobusun üzərinə öncədən Soyqırım həqiqətlərini ilə bağlı şüarların əks olunduğu posterlər və stikerlər yapışdırılmışdır. Riqadan Tallinnə doğru hərəkət edəcək avtobus yol üzərində müxtəlif şəhərlərdə dayanacaq, gənclər mövzu ilə bağlı insanlara məlumat verəcəkdir. Aksiya iştirakçıları Tallinnə çatdığı zaman burada onları digər bir gənclər qrupu qarşılayacaq və aksiyaya qoşulacaqdır. Aksiya 27 fevral axşamına qədər davam edəcəkdir.
Aksiya iştirakçıları üçün “İRƏLİ” İctimai Birliyi tərəfindən xüsusi köynəklər və aksiyada istifadə ediləcək şüarları əks etdirən posterlər hazırlanmışdır. Tədbirdə istifadə olunacaq kitablar və broşuralar Heydər Əliyev Fondu tərəfindən təqdim edilmişdir.
Əlavə məlumat üçün Anar Zeynalov – “İRƏLİ” İctimai Birliyinin Latviyada təmsilçisinə müraciət edə bilərsiniz (+371 29 97 43 69 )
__________________________
Həmçinin baxın:




