Londonda Parlament binası önündə Xocalı Soyqırımı ilə bağlı aksiya keçiriləcəkdir
26 february 2010
Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirir. Planlaşdırılarn növbəti aksiya 26 Fevral, saat 12:00-da Böyük Britaniyanın parlament binasının qarşısında, məşhur “Parliament Square” meydanında baş tutacaqdır. Aksiya ilk növbədə Trafalgar Meydanından Parlament meydanına qədər olan dinc yürüşlə başlayacaqdır. Daha sonra isə Parlament Meydanının önündə davam etdiriləcək Aksiyada 150-dən çox Azərbaycanlı gənclərin və tələbələrin iştirakı gözlənilir. Aksiyada “İRƏLİ” İctimai Birliyinin Londondakı təmsilçiləri, Oxford Azərbaycan Cəmiyyəti, Azərbaycanlı Gənclər Klubu, York Azərbaycan Cəmiyyəti, Bristol Azərbaycanlı Gənclər Təşkilatıdır. Aksiya iştirakçıları üçün “İRƏLİ” İctimai Birliyi tərəfindən xüsusi köynəklər və aksiyada istifadə ediləcək şüarları əks etdirən posterlər hazırlanmışdır. Tədbirdə istifadə olunacaq kitablar və broşuralar Heydər Əliyev Fondu tərəfindən təqdim edilmişdir. Bu ilki aksiyanın daha fərqli xüsusiyyətlərin biri də daha çox Azərbaycanlı təşkilatları əhatə etməsi və və çox sayda Böyük Britaniyada təhsil alan xarici tələbələrin iştirakının təmin edilməsidir. Aksiya zamanı Erməni terrorizminə, Xocalı Soyqırımına Böyük Britaniya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətin cəlb edilməsi və Böyük Britaniya Parlamentinin Xocalı Soyqırımını tanıması məqsədi ilə şüarlar səsləndiriləcəkdir.
Aksiya bitdikdən dərhal sonra, aksiya iştirakçıları müxtəlif qruplara ayrılaraq Londonun bir neçə yerli əhalinin daha çox olduğu yerlərdə yerli ictimaiyyətin nümayəndələrinə Xocalı qətliamının reallıqlarını və Erməni vəhşiliklərini özündə əks etdirən kiçik kitabçalar və bukletlər paylayacaqdır.
Bundan əlavə, Aksiyanın kütləvi informasiya vasitələrində işıqlandırılması üçün Böyük Britaniyanın onlarla televiziya və radio qurumlarına, o cümlədən müxlətif elektron informasiya agentliklərinə məlumat verilmişdir.
Əlavə məlumat üçün "İRƏLİ" İctimai Birliyinin Böyük Britaniyadakı təmsilçisi Səbuhi Rzayevə müraciət edə bilərsiniz (+ 44 755 393 14 97)




