IRELI Public Union
LanguagesEnAz

IRELI

Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”keçirilmişdir
27 february 2010
Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirmişdir.
Keçirilmiş növbəti aksiya Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə doğru Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası”olmuşdur.
“İRƏLİ” İctimai Birliyinin Riqadakı təmsilçiliyi tərəfindən təşkil edilən aksiyaya Latviyada yaşayan və təhsil alan latış, italyan, türk, alman,tacik və digər millətləri təmsil edən gənclər qoşulmuşdur.
 
Aksiya üçün nəzərdə tutulmuş Avtobusun üzərinə öncədən Soyqırım həqiqətlərini ilə bağlı şüarların əks olunduğu posterlər və stikerlər yapışdırılmışdır. Riqadan Tallinnə doğru hərəkət edən avtobus yol üzərində müxtəlif şəhərlərdə dayanmış, gənclər mövzu ilə bağlı insanlara məlumat vermişdir. Aksiya iştirakçıları Tallinnə çatdığı zaman burada onları digər bir gənclər qrupu qarşılamış və aksiyaya qoşulmuşlar. Mərkəzdə aksiya etdikdən sonra gənclər şəhər içi yürüş etmiş və Tallindəki Ermənistan Milli cəmiyətinin qarşısında piket keçirmişlər. Günorta radələrində isə Estoniya Parlamentinin qarşısında qısa bir yürüş keçirilmişdir. Aksiya 27 fevral axşamına qədər davam etmişdir.
 
Aksiya iştirakçıları üçün “İRƏLİ” İctimai Birliyi tərəfindən xüsusi köynəklər və aksiyada istifadə ediləcək şüarları əks etdirən posterlər hazırlanmışdır. Tədbirdə istifadə olunmuş kitablar və broşuralar Heydər Əliyev Fondu tərəfindən təqdim edilmişdir. 
 
 
__________________________


Həmçinin baxın:

Latviyanın paytaxtı Riqadan Estoniyanın paytaxtı Tallinnə Xocalı Soyqırımı ilə bağlı “Avtobus turu aksiyası” - FOTO

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib