IRELI Public Union
LanguagesEnAz

IRELI

Parisin mərkəzi küçələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar keçirilmişdir
1 march 2010
Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirmişdir.
Planlaşdırılarn növbəti aksiya 26 fevral saat 9-00-dan 13-00-a qədər Parisin Pol Klodel meydanında (Senat yaxınlığında) “İRƏLİ” İctimai Birliyinin  və Azərbaycan Fransız Gənclik təşkilatının  və Fransadakı Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Hədəf Fransız senatını məsələdən agah etmək və onun gələcək iclaslarında Xocalı faciəsini müzakirələrə çıxarmaq idi. Aksiya Fransanın Tuluz, Strasburq, Nant, Bezanson, Marsel, Nansi, Lyon, Paris və s. kimi 10-a yaxın fransız şəhərlərindən Parisə toplanan 150 - ə qədər gəncin iştirakı ilə keçirilmişdir.
 
Aksiya iştirakçıları üçün “İRƏLİ” İctimai Birliyi tərəfindən xüsusi köynəklər və aksiyada istifadə ediləcək şüarları əks etdirən posterlər hazırlanmışdır. Tədbirdə istifadə olunmuş kitablar və broşuralar Heydər Əliyev Fondu tərəfindən təqdim edilmişdir. Bu ilki aksiyanın daha fərqli xüsusiyyətlərin biri də daha çox gənci əhatə etməsi və və çox sayda Fransada təhsil alan xarici tələbələrin iştirakının təmin edilməsidir. Aksiya zamanı Erməni terrorizminə, Xocalı Soyqırımına Fransa ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi və Fransa Senatının Xocalı Soyqırımını tanıması məqsədi ilə şüarlar səsləndirilmişdir. 
Aksiya bitdikdən dərhal sonra, aksiya iştirakçıları müxtəlif qruplara ayrılaraq Parisin bir neçə yerli əhalinin daha çox olduğu yerlərdə yerli ictimaiyyətin nümayəndələrinə Xocalı qətliamının reallıqlarını və Erməni vəhşiliklərini özündə əks etdirən kiçik kitabçalar və bukletlər paylamışdır.                                                                                                             
 
Bundan əlavə, Aksiyanın kütləvi informasiya vasitələrində işıqlandırılması üçün Fransada onlarla televiziya və radio qurumlarına, müxlətif elektron informasiya agentliklərinə və qəzetlərə məlumat verilmişdir.
 
Aksiya dinc xarakter daşıyaraq, nəzərdə tutulmuş yerdə meqofonla şüarların deyilməsi, traktların və kitabların insanlara paylanması və sonda bəyannamənin Senata verilməsi ilə bitmişdir.
 
Aksiya zamanı milli bayraqlarımızla yanaşı fransız bayraqları dalğalanmışdır. Məqsəd, fransız xalqının fikrini milli problemlərimizə yönəldərək, onları bu məsələdən agah etmək olmuşdur.
 
 
__________________________


Həmçinin baxın:

Parisin mərkəzi küçələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar - FOTO

Parisin mərkəzi küçələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar keçirilmişdir - Mediada

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib