IRELI Public Union
LanguagesEnAz

IRELI

XOCALI Faciəsi Avropanin ən böyük Liman Şəhəri olan Rotterdamda qeyd olunmuşdur
1 march 2010
Bildiyiniz kimi, Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçirilmişdir. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunmuşdur.                                                                    
 
Avropanın ən böyük liman şəhəri olan Hollandiyanın Rotterdam şəhərində silsilə tədbirlər keçirilmişdir. Aksiya Fevralın 26-da Rotterdam bələdiyyəsinin önündə baş tutmuş nümayişlə başlamışdır. Bundan sonra 200 nəfəri özündə birləşdirən yürüş şəhər mərkəzinə qədər davam etmişdir. Növbəti addım kimi Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti Hollandiya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təşkil olunmuşdur.       
 
Tədbirlər üçün əvvəlcədən Rotterdam şəhərinin meri və polis şefi ilə danışıqlar aparan Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyəti tədbirin keçirilməsi üçün rəsmi icazə ala bilmişdir.                                                                      
 
Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaş iştirak etmişdir.
 
Hollandiyada Xocalı Soyqırımı ilə əlaqədar olan tədbirlərin keçirilməsinə Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İRƏLİ” İctimai Birliyinin Hollandiyakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik etmişdir.
 
 
__________________________


Həmçinin baxın:

Avropanin ən böyük Liman Şəhəri olan Rotterdamda XOCALI Faciəsi ilə bağlı aksiya - FOTO
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib