Xocalı faciəsi Litvada qeyd olunmuşdur
2 march 2010
Bildiyiniz kimi, Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçirilmişdir. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunmuşdur.
Litvanın paytaxtı Vilnüsdə əsasən gənclərin, məktəblilərin, sadə vətəndaşların, ziyalıların və tələbələrin iştirakı ilə reallaşan Xocalıya həsr olunmuş tədbirdə Azərbaycanlı gənc tələbələr, magistrlər öz könüllü köməklərini göstərmişlər. Azərbaycan reallıqlarını dünyaya yaymağa çalışan və bu işdə uğurla yola davam edən “İRƏLİ” İctimai Birliyinin, Litva üzrə heyəti də baş tutan tədbirlərdə öz aktivlikləri ilə Litvada yaşayan yerli Azərbaycanlı gənclərə nümunə olmuşlar və Azərbaycanın haqlı səsinin dünyaya çatdırılmasında digər “İRƏLİ” üzvləri kimi aktiv fəaliyyət göstərmişlər. Nəzərinizə çatdırmaq istərdik ki, “İRƏLİ” İctimai Birliyi üzvlərinin Avropanın əksər ölkələrində planlaşdırılan tədbirlər planı Litvanı da əhatə edirdi. Keçirilən tədbirlər “İRƏLİ” İctimai Birliyinin Avropanın müxtəlif ölkələrində təhsil alan aktiv üzvləri vasitəsilə reallaşdırılmışdır.




