“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi politoloq Elman Nəsirovla “ABŞ-ın xarici siyasətində enerji təhlükəsizliyi probleminin yeri və rolu” mövzusunda görüş keçirmişdir
3 march 2010
“İRƏLİ” İctimai Birliyinin Tədqiatlar Mərkəzi 3 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Geostrateji Araşdırmalar Merkezinin direktor müavini, politoloq Elman Nəsirovla “ABŞ-ın xarici siyasətində enerji təhlükəsizliyi probleminin yeri və rolu” mövzusunda görüş keçirmişdir.
Mövzu ilə bağlı geniş və əhatəli məlumat verən politoloq konkret faktlara və arqumentlərə əsaslanmaqla bu amilin yaranmış yeni dünya düzənində də ABŞ-ın milli təhlükəsizlik prioritetləri sırasında həll edici mövqeyə malik olduğunu bildirmiş, Cənubi Qafqaz regionun da ABŞ üçün istisna təşkil etmədiyinə diqqəti yönəltmişdir. Görüşdə regionda və dünyada baş verən enerji problemi ilə bağlı ətraflı məlumat veren politoloq sonda iştirakçıların çox saylı suallarını cavablandırmış və gənclərə tədqiqatlar aparılması istiqamətində məsləhət və tövsiyələrini vermişdir.




