Ireli.az

Xəbərlər

“İRƏLİ” Seminar – Simulyasiya Oyunu keçirir - 2010-03-05
Xəzər dənizi Hövzəsi ölkələrinin və Geniş Qara Dəniz Regionunda neft və qaz ehtiyalarının çıxarılması və müxtəlif kəmərlərlə nəqli sahəsində mövcud olan gərginlik və mübarizə və bu mübarizədə Azərbaycanın fəal iştirak etməsini nəzərə alaraq, bu hadisələrin gənclərə obyektiv şəkilədə çatdırılması zərurətini dərk edərək “İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi “Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı enerji seminar-simulyasiya oyununun təşkil edilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Qeyd olunan Enerji Seminar-Simulyasiya Oyununun qarşısına qoyduğu məqsəd Azərbaycanın müxtəlif universitetlərindən tələbələri və gənc tədqiqatçıları bir araya toplayaraq onlarda tədqiqatçılıq ruhunu artırmaq və Azərbaycanın enerji siyasətini gənclərin əsas tədqiqat sahələrindən birinə çevirməkdir. Bunu etməkdə əsas məqsəd isə “Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı Enerji Seminar-Simulyasiya Oyununun həyata keçirərək Azərbaycanın və digər Xəzər dənizi Hövzəsi ölkələrinin və Geniş Qara Dəniz Regionu ilə əlaqəli enerji siyasəti sahəsində baş verən hadisələri və dəyişiklikləri gənclər arasında analiz və müzakirə etmək, onların enerji siyasəti ilə bağlı anlayışına töhvə verib zənginləşdirməkdir.
“Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı Enerji Seminar-Simulyasiya Oyunu “İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi və Qafqaz Universiteti “Enerji Araşdırmaları Mərkəzi”nin dəstəyi ilə həyata keçirilir
Enerji Seminar-Simulyasiya Oyununun açılış mərasimi 5 Mart 2010-cu il, saat 10:00-da Qafqaz Universitetinin konfrans zalında keçiriləcəkdir. Açılışa yerli QHT nümayəndələri, mütəxəssislər və müəllimlər dəvətlidirlər.
 
__________________________


Həmçinin baxın:

“İRƏLİ” Seminar – Simulyasiya Oyunu keçirir - Mediada

printerçap versiyası




Ireli facebook Netty 2010 Nominant
© 2005-2010 Ireli.az    |    Bizimlə Əlaqə Programming by WEBB Design by Jeykhun Imanov Studio