IRELI Public Union
LanguagesEnAz

IRELI

“İRƏLİ” Seminar – Simulyasiya Oyununun yekun mərhələsini keçirir
6 march 2010
Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi “Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı enerji seminar-simulyasiya oyununu təşkil etmişdir.
Qeyd olunan Enerji Seminar-Simulyasiya Oyununun qarşısına qoyduğu məqsəd Azərbaycanın müxtəlif universitetlərindən tələbələri və gənc tədqiqatçıları bir araya toplayaraq onlarda tədqiqatçılıq ruhunu artırmaq və Azərbaycanın enerji siyasətini gənclərin əsas tədqiqat sahələrindən birinə çevirməkdir. Bunu etməkdə əsas məqsəd isə “Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı Enerji Seminar-Simulyasiya Oyununun həyata keçirərək Azərbaycanın və digər Xəzər dənizi Hövzəsi ölkələrinin və Geniş Qara Dəniz Regionu ilə əlaqəli enerji siyasəti sahəsində baş verən hadisələri və dəyişiklikləri gənclər arasında analiz və müzakirə etmək, onların enerji siyasəti ilə bağlı anlayışına töhvə verib zənginləşdirməkdir.
“Enerjinin Regional Siyasətdə və Təhlükəsizliyin Formalaşdırılmasında Rolu” adlı Enerji Seminar-Simulyasiya Oyunu “İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi və Qafqaz Universiteti “Enerji Araşdırmaları Mərkəzi”nin dəstəyi ilə həyata keçirilir
Enerji Seminar-Simulyasiya Oyununun yekun mərhələsi və iştirakçı gənclərə sertifikatların verilməsi  mərasimi 7 Mart 2010-cu il, saat 10:00-dan saat 18:00-a qədər Qafqaz Universitetinin konfrans zalında keçiriləcəkdir.
 
__________________________


Həmçinin baxın:

“İRƏLİ” Seminar – Simulyasiya Oyununun yekun mərhələsini keçirir - FOTO

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib