Ireli.az

Xəbərlər

Litvanın paytaxtı Vilnüs şəhərində “Avropa Bilikləri” adlı beynəlxalq layihədə Azərbaycan gənclər sektorunu “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı təmsil edir - 2010-03-06
British Council Böyük Britaniyanın Strateji Proqramlar Fondunun dəstəyi ilə 6-13 Mart 2010 tarixində Litvanın paytaxtı Vilnüs şəhərində “Avropa Bilikləri” adlı beynəlxalq layihə həyata keçirir. Layihənin məqsədi Şərqi Avropa ölkələrində dövlət və ictimai sferada təmsil olunan insanların Avropa Yeni Qonşuluq Siyasəti və Əməkdaşlıq İnstrumentləri barədə maarifləndirilməsidir.                                                                                                                          Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Ermənistan və başqa ölkələrdən nümayəndələrin qatılacağı layihədə Azərbaycanı 10 nəfərlik nümayəndə heyəti təmsil edir.              
Layihədə Azərbaycan nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, “İRƏLİ” İctimai Birliyi, Humanitar Tədqiqatlar Cəmiyyətinin və British Council-in Azərbaycan təmsilçiliyinin simasında təmsil olunur.                                  
 
Tədbirdə Azərbaycan gənclər sektorunu “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı təmsil edir.                                                                                                                          
Tədbirin Litvada partnyor təşkilatı Litvanın Şərqi Avropa Araşdırmalar Mərkəzidir.                  
1 həftəlik proqramın iştitakçıları Litvanın əksər dövlət və hökümət qurumlarında, universitetlərində və Avropa Birliyinin nüfuzlu proqram təmsilçiliklərində görüşdə olacaqlar.

printerçap versiyası




Ireli facebook Netty 2010 Nominant
© 2005-2010 Ireli.az    |    Bizimlə Əlaqə Programming by WEBB Design by Jeykhun Imanov Studio