IRELI Public Union
LanguagesEnAz

IRELI

İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin qonağı olacaq
11 march 2010
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə cari ilin 9-14 mart tarixlərində İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
 
Ölkəmizə təşrif buyurmuş qonaqlar, Azərbaycan gənclər siyasəti və ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə maraqlanmışlar. Bu məqsədlə qonaqlar “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşəcəklər.
 
Görüş 12 mart saat 11:15-də “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında keçiriləcəkdir.
 
Nümayəndə heyətində İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş katibi, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti, nümayəndə heyətinin rəhbəri Dr. Sari Hamdan (Ğanima), Gənclər hərəkətinin təşviqi üzrə Milli Fondun Baş direktoru Abdurrəhman Armuti, Beynəlxalq təşkilatlar bölməsinin rəisi Arif İshakat, Milli Olimpiya Komitəsinin nümayəndəsi Narin Haj Tass təmsil olunmuşlar.
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib