İordaniyanın nümayəndə heyəti “İRƏLİ”nin idarə heyəti ilə görüşmüşdür
12 march 2010
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə cari ilin 9-14 mart tarixlərində İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Ölkəmizə təşrif buyurmuş qonaqlar, Azərbaycan gənclər siyasəti və ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə maraqlanmışlar. Bu məqsədlə qonaqlar “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşmüşlər.
Görüş 12 mart saat 11:15-də “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında keçirilmişdir.
Görüş zamanı tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığa dair planları müzakirə etmiş, birlikdə gənclər düşərgələri, gənclərin fəaliyyətinə dair proqramlar keçirməyi planlaşdırmışlar.
__________________________
Həmçinin baxın:
İordaniyanın nümayəndə heyəti “İRƏLİ”nin idarə heyəti ilə görüşmüşdür - FOTO
İordaniyanın nümayəndə heyəti “İRƏLİ”nin idarə heyəti ilə görüşmüşdür - Mediada




