“Gələcək Gənclərlə Gələcək” şüarı altında konsert proqramı keçiriləcəkdir
17 march 2010
Bildiyiniz kimi, 2009-cu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alaraq “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində “İrəli” İctimai Birliyi vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə tədbirlər təşkil etmək barədə qərar vermiş və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir.
Respublikanın bir çox şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusu” və ”Seçkiqabağı təşviqatın təşkili” mövzuları üzrə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılmışdır.
Bir neçə şəhər və rayonlarda təlimlərlə yanaşı Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında “Gələcək Gənclərlə Gələcək” şüarı altında klassik Azərbaycan musiqisi konsertləri də keçirilmişdir.
Konsert proqramlarının yekun bağlanışı və layihədə iştirak etmiş gənclərə diplomların təqdimatı üçün Novruz bayramı münasibəti ilə 18 mart saat 13:00-da Bakı Musiqi Akademiyasında yekun tədbir təşkil olunacaqdır.
__________________________
Həmçinin baxın:
“Gələcək Gənclərlə Gələcək” şüarı altında konsert proqramı keçiriləcəkdir - Mediada




