Füzuli və Cəbrayıl haqqında yeni sayt / bloq istifadəyə verildi
23 august 2010
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcəkdir. Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
Qeyd edək ki, artıq İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik etmişdir. Bugünə qədər artıq Şuşa, Laçın, Ağdərə və Ağdam haqqında bloqlar istifadəyə verilmişdir.
Füzuli və Cəbrayıl haqqında yeni sayt / bloq istifadəyə verildi - Mediada
__________________________
Həmçinin baxın:




